Marağalı Əvhədi və sufilik təlimi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Marağalı Əvhədi və sufilik təlimi
 
 » Elm və mədəniyyət » Dahilər » Marağalı Əvhədi və sufilik təlimi

     
 
Elm və mədəniyyət » Dahilər: Marağalı Əvhədi və sufilik təlimi
 
 
Müəllif: Zaur | 9 Oktyabr 2009 | 13591 dəfə oxunub
http://zeka.az/100-mara287al305-399vh601di-v601-sufilik-t601limi.html
alt

Marağalı Əvhədi 1274-cü ildə Marağa şəhərində anadan olmuşdur. Gəncliyində Yaxın Şərqin bir çox ölkələrini gəzmiş və bir müddət İsfahanda yaşamışdır. Ömrünün son vaxtlarında yenidən Marağaya qayıtmış və 1338-ci ildə altmış dörd yaşında vəfat etmişdir.

Əvhədi Azərbaycan xalqının İslam mədəniyyətinə verdiyi böyük şəxsiyyətlərdən biridir. Altmış dörd illik ömür kəsiyində çoxlu qəsidə, rübai və tərci-bəndlərdən ibarət divan, “Məntiqqül-üşşaq” poema yazan şair ədəbiyyat tariximizdə daha çox “Cami-cəm” Marağalı Əvhədi dünyagörüşü etibarı ilə ədəbiyyatımızın təsəvvüf nümayəndələrindəndir. Əsərlərində sufi rəmzlərini və ifadələrini məharətlə işlətmişdir.

Sufilik İslam təlimlərindən biri kimi tanınmışdır. Səkkizinci əsrdə İraq və Suriyada yaranan bu təlim az bir zamanda Yaxın Şərqdə, Şimali Afrikada, Hindistanda və digər ərazilərdə özünə çoxlu tərəfdarlar tapdı. Sufiliyin bəzi əlamətlərinə və səciyyəvi cəhətlərinə nəzər yetirsək görərik ki, bu təlimə görə məhəbbətlə, eşqlə Allahı dərk etmək və ona qovuşmaq mümkündür. Qəlbində Allah sevgisi olmayan kəslər kamillik zirvəsinə yetişə bilməzlər. Elə bu münasibətlə də Əvhədi yazırdı:

Aşiq olmayanlar kamil olmadı,

Kim eşqə düşdüsə, o, çiy qalmadı.

Yaradanı dərk etmək, kamilləşmək üçün sufilər mürşid və pirə təqlid edir, duaların sonsuz təkrarı ilə son məqsədə çatmağa inanırmışlar. Onlar kainatın dörd ünsürdən yaranmasına və “Nuri-vahid”in zərrəsi olmasına etiqad edirdilər.

Məqsədimiz sufiliyin ideya-elmi əsaslarını təhlil etmək olmadığı üçün Marağalı Əvhədinin bədii irsində bu təlimin təzahürlərini izah etməklə kifayətlənəcəyik.

“Cami-cəm” məsnəvisi 1333-cü ildə tamamlanıb. Əsərin adının “Cami-cəm” adlandırılması təsadüfi deyil. Rəvayətə görə, İran şahı Cəmşidin hər şeyi özündə əks etdirən camı olub. Şair əsərinə bu adı seçməklə demək istəyir ki, Cəmşidin camında olduğu kimi bu məsnəvidə də istənilən məsələyə cavab tapmaq olar. Bu münasibəti Əvhədi belə açıqlayır:

Adını  “Cəmşidin camı” qoydum mən,

Varlığın əksini onda görərsən.

Əsər klassik ədəbiyyatımızda ənənəvi olan başlanğıcdan sonra üç fəslə bölünür. Birinci fəsildə yer üzündəki bütün canlıların və nəbatatın yaradılmasından, ikinci fəsildə cəmiyyətin idarə olunmasından və sufiliyin şərtlərindən, irfan məktəbinin rəmzlərindən bəhs edir. Üçüncü fəsildə isə axirət və əbədi səfər hazırlığından söhbət açılır.

Yuxarıda qeyd etdik ki, sufizmə görə kainat dörd ünsürdən və Yaradanın bəxş etdiyi ruhdan ibarətdir. İnsan bu dörd ünsürün ləzzətindən özünü məhrum etsə, nəfsinə qalib gəlsə, onun varlığında yalnız “vücudi-küll”ün (tam varlıq) zərrəsi qalacaq:

Özünü fəna et, O ol bir anda

Sən heç olacaqsan Ona çatanda.

Bu fikri bir qədər də inkişaf etdirən şair Məhəmməd (s) adlarından olan Əhməd və Allahın adlarından biri olan Əhəd sözlərini müqayisə etməklə fikrini bədii cəhətdən gücləndirir:

Qalxarsa Əhmədin “mim”i aradan,

Yerində bir Əhəd qalar o zaman.

Əvhədi bununla demək istəyir ki, insan kamillik mərtəbəsinə çatarkən Tanrı ilə onun arasında məsafə azalar, insan haqqı dərk edər.    

Göründüyü kimi, sufilər zahiri ibadətdən duyğu, düşüncə dünyasını üstün tutmuşlar. Vəhdəti-vücuda qovuşmağın yeganə yolu nəfs və ehtirasa qalib gəlib, Yaradana olan eşqdir. Eşq Allah vəsflərindəndir.

Sufilər bəzən İslam qanunlarına müxalif fikirlər də söyləyir, ziddiyyətli mülahizələr irəli sürürlər.

Bu təlimin yarandığı tarixi reallığı, səbəbləri düzgün qiymətləndirmədikdə onların təfəkkür tərzlərini anlamaq çətin olur. İslam əhkamlarına qəlbən bağlı olan sufilərin təlimlərini olduğu kimi qəbul etmək üçün onun yarandığı dövrə diqqət yetirmək kifayət edir.

İslam tarixindən məlum olduğu kimi Əli (ə) vilayətindən sonra hakimiyyəti qəsb etmiş sülalələr dövründə İslam dini mənəvi kökündən, əsasından qopmaq dərəcəsinə gəlmişdi. İstər 661-ci ildən 750-ci ilə qədər Şamda (Dəməşqdə) hakimiyyətdə olmuş Əməvilər (Bəni-Üməyyə), istərsə də 750-ci ildən 1258-ci ilə qədər hökmranlıq etmiş Abbasilər dövründə İslamın əsas dəyərlərindən olan ədalət zorakılıqla, pəhrizkarlıq nəfsə qul olmaqla əvəzlənmişdi. Xilafət saraylarında baş verən haqsızlıqlar, şərab və şəhvət düşkünlüyü müsəlmanlar arasında nifrətlə qarşılanırdı.

Sufiliyin meydana gəlməsi və inkişafı da məhz belə iqtidarın - xüsusilə də Əməvilərin hakimiyyəti dövrünə düşür. Sufi təlimi dünya malına, nəfsani hislərə bağlanıb axitrət haqqında düşünməyən yalançı xilafət rəhbərliyinə müxalif meyllərin artması zərurətindən yaranmışdı.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 4
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.