Xaç yürüşünə lənət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Xaç yürüşünə lənət
 
 » İstirahət » Poeziya » Xaç yürüşünə lənət

     
 
İstirahət » Poeziya: Xaç yürüşünə lənət
 
 
Müəllif: Tofiq Həsənli | 27 Sentyabr 2010 | 12461 dəfə oxunub
http://zeka.az/1000-xag-ygrgegnj-ljnjt.html

Xaç yürüşünə lənət

Etdilər  “Xaç yürüşü” yandıraraq Quranı,

Yürüşün surəti təsvir eləyir şeytanı.

 

Tövratı, İncili, Quranı Xuda var eyləyib,

Əhmədin gəlməsin İncildə də aşkar eyləyib.

Nə Qurandan utanıb, nə Xudadan ar eyləyib

Əməli, qanmadı ki, İncili inkar eyləyib

Bu yürüşlə bizə xatırladacaq heyvanı

Etdi heyvanlığı yandırmağinən Quranı

 

Qanmaz oğlu özünə gör necə qurmuş tələni

Belə məqsədlə dağıtdırdı özü göydələni;

Guya ki, bir bu qədər qana müsəlman bələnib

Min oyun qurdu inandırmaq üçün hər gələni

Neylədi gəl ki, inandırmaq ilən nadanı?!

Yandıran o nadan olan kəslər olar Quranı

 

Bilmədi Allahın axır kitabı Qurandır,

Ki, kitablardan ən ağır kitabı Qurandır

Həm Qiyamət günün haqqu-hesabı Qurandır

Dünyada bircə qüsursuz kitabı Qurandır

Odur əlbət ki, nicata aparan insanı

Ay həyasız, necə yandırmaq olar Quranı?!

 

Su tökən, amma dəyirmanına bizlərdəndir

Toxunan ümmətin imanına bizlərdəndir

Məscidi pis tanıdan hamıya bizlərdəndir

Sökdürüb, hətta çatan kamına bizlərdəndir

Vay ola halına – Sahib Zamanın dövranı

Bizkilər də belə yandırmadadır Quranı

 

Görün ümmət necə zalımlar əlində büzüşüb?

Yenə biçarələrin əlləri haqdan üzüşüb

Görəsən kimdir o kəs meyli müsəlmana düşüb?!

Allahın lənəti olsun sənə ey “Xaç yürüşü”

Verər olsan bizə qarşı yenə bir fərmanı

Sən ki, yandırdın o hikmətlə dolu Quranı

Əməlin daim xatırladacaq heyvanı.

                                                        Tofiq Həsənli

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Markicano (30 Noyabr 2013 01:49)



Qrup: İstifadəçi
Tarix: 29.11.2013
cox gozel weirdir
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.