Sentyabrın 25-də şəhid olan əsgər torpağa tapşırılıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » Sentyabrın 25-də şəhid olan əsgər torpağa tapşırılıb
 
 » Şəhidlər ölmür » Sentyabrın 25-də şəhid olan əsgər torpağa tapşırılıb

     
 
Şəhidlər ölmür: Sentyabrın 25-də şəhid olan əsgər torpağa tapşırılıb
 
 
Müəllif: Admin | 27 Sentyabr 2010 | 12329 dəfə oxunub
http://zeka.az/1001-sentyabrdn-25-dj-hjlak-olan-jsgjr-torpada-tapedrdldb.html

Sentyabrın 25-də şəhid olan əsgər torpağa tapşırılıb

 Taleh Abbasovun hərbi xidmətinin bitməsinə cəmi 5 gün qalmışdı

 Sentyabrın 25-də Azərbaycanın verdiyi şəhid artıq torpağa tapşırılıb. Hərbi xidmətinin bitməsinə cəmi bir neçə gün qalmış Talehi erməni gülləsinə elə taleyi tuş gətirib. Şəhid əsgər Taleh Tofiq oğlu Abbasovun hərbi xidmətinin bitməsinə cəmi 5 gün qalmışdı. O, ermənilərin açdığı snayper gülləsinə tuş gəlməsəydi, cəbhə xəttində 1 il altı aylıq hərbi xidmətini şərəflə yekunlaşdırıb, əzizlərini sevindirəcəkdi. Xidməti şərəflə yekunlaşdı, amma əzizləri sevinməyə macal tapmadı. İndi yeganə təsəlliləri övladlarının şəhidlik zirvəsinə ucalmasıdır.

Zəngilan rayonunun işğalından sonra Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşan və övladını illərdir tək böyüdən Xatın Vəliyeva da deyir ki, oğlunun meyitini evə gətirən gün onun əsgərlikdən qayıtması üçün lazımı ləvazimatları bağlama şəklində qulluq etdiyi Ağcabədidəki N saylı hərbi hissəyə göndərib. Amma günortaya yaxın oğlunun meyiti ilə birlikdə hazırladığı bağlama da geri qayıdıb. Ana deyib ki, övladı qulluq etdiyi bir il altı ay ərzində onun tək oğul olmasını əsas gətirirək, dəfələrlə qulluq etdiyi ön cəbhədən bir qədər arxaya köçürülməsinə cəhd edib. Amma Taleh Abbasov qətiyyətlə buna qarşı çıxıb.

 Ailə üzvlərinin dediyinə görə, Talehdən ön xəttə getmək tələb olunmasa da, həmin gün o könüllü şəkildə ön mövqeyə gedib və ermənilər atəşkəsi pozduğu zaman sözün əsl mənasında son damla qanına qədər vuruşub və snayperlə açılan atəş nəticəsində başından aldığı güllə yarası ilə şəhid olub. Dayısı Nurlanverdi Vəliyev də deyib ki, bacısı oğlunun şəhid olması onların bellərini büksə də, bundan sonra həmişə başı dik gəzəcəklər: “Yaxşı qulluq edib, çox yaxşı qulluq edib, nə komandirlərindən, nə də özündən heç bir narazılıq olmayıb. Çox yaxşı uşaq idi. Onun hələ bir pis hərəkəti olmayıb. Vətən uğurunda şəhid olub. Neyləyək, bacım oğludur, yanıram. Amma Vətən uğrunda gedib, neyləyə bilərəm, Vətən yolunda şəhid olub”.

Qeyd edək ki, Müdafiə Nazirliyi də atəşkəsin pozulması nəticəsində Milli Ordunun bir əsgərinin şəhid olması faktını təsdiqləyib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: amir (10 Noyabr 2010 09:32)



Qrup: İstifadəçi
Tarix: 15.09.2010
Allah Sehidimizi Imam Huseyn (e) ile mehsur etsin.Amin
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.