Cəlaləddin Ruminin doğum günü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Cəlaləddin Ruminin doğum günü
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Cəlaləddin Ruminin doğum günü

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Cəlaləddin Ruminin doğum günü
 
 
Müəllif: Carchi | 30 Sentyabr 2010 | 12509 dəfə oxunub
http://zeka.az/1013-cjlaljddin-ruminin-dodum-ggng.html

Cəlaləddin Ruminin doğum günü

Şəfqət və mərhəmətdə günəş kimi ol

Başqalarının qüsurunu örtməkdə gecə kimi ol

Səxavət və cömərtlikdə axar su kimi ol

Hiddət və əsəbilik sərgiləməkdə ölü kimi ol

Təvazö və mərhəmətdə torpaq kimi ol

Xoşgörüdə (dözümlülükdə) dəniz kimi ol

Ya olduğun kimi görün,Ya göründüyün kimi ol

 Bu gözəl misraların müəllifi Mövlana Cəlaləddin Ruminin bu gün doğum günüdür. Mövlana Cəlaləddin Rumi Xarəzm Türklərindəndir. О, 1207-ci ildə Bəlx şəhərində anadan оlmuşdur. Uşaqlıq illərində atası Bəhaəddin Vələdlə birlikdə Kiçik Asiyaya köçərək Kоnya şəhərini özlərinə vətən sеçmişlər. Rumi 1273-cü ildə vəfat еtmişdir. О, şərq ədəbiyyatı tarixində üç dildə (Türk, Fars, Ərəb) şеr yazmağı bacaran ən məşhur Türkdilli şairlərdəndir. Rumi bir sıra fəlsəfi əsərlərin müəllifidir. Lakin dünya ədəbiyyatı tarixində ömrünün sоn illərində yazdığı “Məsnəviye - Mə‘nəviye - Mouləvi” (yə‘ni Mövləvinin Mə‘nəviyyat Məsnəviləri) Rumiyə böyük şöhrət qazandırmışdır. Bu əsərdə Rumi özünün dini- fəlsəfi görüşlərinin şərhini vеrmişdir. О bu əsərində Şərq əfsanə, təmsil və rəvayətlərindən gеniş istifadə еtmişdir.Məsnəvilərin əksəriyyəti dini rəvayətlərdir.

Əziz oxucularımıza Mövlana Cəlaləddin Ruminin bir neçə ibrətamiz kəlamlarını çatdırırıq:

“Fikir” ona deyərlər ki, bir yol açsın.

“Yol” ona deyərlər ki, bir həqiqətə varsın .

İçəridəki kiri su deyil, ancaq gözyaşı təmizləyər.

Çubuqla kilimi döyəcləyən əslində kilimi döyməz, onun tozunu çırpar.

Dua və ibadət – Yaradan ilə olmaqdır.

Yaradan ilə olan birisi üçün ölüm də, ömür də xoşdur.

Bütün dünyanı axtardım, araşdırdımsa da, xoş xasiyyətdən daha üstün bir ləyaqət görmədim.

Öncə siçan-siçovulun kökünü kəs, sonra anbara buğda yığ.

Bilmədiyin qədər insanüzlü şeytan var, hər ələ əl verməmək gərək.

Yıxacağınız bütlərin ən böyüyü – nəfsinizdir.

Əcəl gəlincə verdiklərini almağa tələsmə, verməli olduğun hər şeyi verməyə tələs.

Nəfs – üçgüşəli tikandır, hər nə cür dursa, adama batar.

Qüsursuz dost axtaran ən sonda dostsuz qalar.

Bir şeyi onun bulunmadığı yerdə axtarmaq - əslində onu axtarmamağa bərabərdir.

Heç bir əl könüldən gizli bir iş tutammaz.

Bir şam digər şamı alışdırmaqla öz işığından heç nə itirməz.

Əkbər Əli

/Deyerler.org/





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.