Azərbaycan alimləri filizi yerin altında yumağı təklif ediblər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan alimləri filizi yerin altında yumağı təklif ediblər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan alimləri filizi yerin altında yumağı təklif ediblər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan alimləri filizi yerin altında yumağı təklif ediblər
 
 
Müəllif: Carchi | 1 Oktyabr 2010 | 12251 dəfə oxunub
http://zeka.az/1014-azjrbaycan-alimljri-filizi-yerin-altdnda-yumadd-tjklif-edibljr.html

Azərbaycan alimləri filizi yerin altında yumağı təklif ediblər

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri filiz yataqlarını istismarında yeni üsul təklif ediblər.

Alimlərimiz 3 illik tədqiqatlardan sonra belə qənaətə gəliblər ki, ölkənin bəzi filiz yataqlarının istismarında müasir üsul olan yerində yuyub-çıxarma üsulunun tətbiqi mümkündür. Xörək duzu və elektrik gərginliyinin başlıca rol oynadığı bu üsulla faydalı metalları, xüsusən də qızılı qazıntılar aparmadan, yəni elə yerin altındaca yuyub çıxarmaq mümkündür. Bu üsul asan, xeyli ucuz və tez başa gələndir. Eyni zamanda təbiətə heç bir ziyan vurmur.

Yerində yuyub çıxarma üsulu dünyanın müxtəlif filiz yataqlarında tətbiq olunur. Azərbaycanda isə indiyədək bu formada metal çıxarılmayıb. Artıq ölkəmizə yeni gələn üsulun tətbiqi üçün Geologiya İnstitutunda müasir elmi-texniki baza təşkil edilib.

Yeni texnologiyanın Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Mədən Əməliyyat Şirkəti ilə birgə Gədəbəy və Göygöl rayonlarındakı yataqların üzərində təcrübədən keçirilməsi nəzərdə tutulur. SCIENCE.GOV.AZ





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.