Canlı varlıqların təbii instinkti » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Canlı varlıqların təbii instinkti
 
 » Din » Əqidə » Canlı varlıqların təbii instinkti

     
 
Din » Əqidə: Canlı varlıqların təbii instinkti
 
 
Müəllif: Zaur | 2 Oktyabr 2010 | 13097 dəfə oxunub
http://zeka.az/1017-canld-varldqlardn-tjbii-instinkti.html

Canlı varlıqların təbii instinkti

 Yaşamaq və var olmaq üçün çıxış yolu tapma hissi hər bir canlının batinində yerləşdirilmişdir. Hər canlı varlıq aləminə göz açdığı zaman ali bir qüdrətdən ilham alaraq öz yaşayış yolu ilə tanış olub öz kamilliyinə və naminə yaradılmış olduğu hədəfə çatır. Bu, bizim dediyimizdən daha geniş məna daşıyan bir sübutdur. Həzrət Musanın (Ona salam olsun) Firona dediklərini nəzərimizə çatdıran bir Quran ayəsi bu haqda danışır. Firon Musadan (Ona salam olsun) aləmləri yaradan Allah haqqında soruşduqda Musa Allahı belə tanıtdırır:

“Bizim Allahımız o kəsdir ki, dünyada bütün  varlıqları yaratdı, sonra onları hidayət edib yol göstərdi”. (Taha surəsi, ayə 50)

Bu dəlilin əsasını “çıxış yolu tapma” (instinkt) və varlıqların “təkvini hidayət”i təşkil edir. ("Hidayət" doğru yola yönəltmə, doğru yol göstərmə mənasını verir. "Hidayət" kəlməsinə Quranın müxtəlif yerlərində tez-tez təsadüf olunur. Bu söz əsasən, iki mənada işlənmişdir və onlardan biri təkvini hidayətdir.Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olunduğu nizam nəzərdə tutulur. Allah-Taala öz xilqətini, canlı və cansız aləmi yaranış qanunlarına uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti təkvini hidayətin nümunələrindəndir.) Quran istilahında (terminində) vəhy və ilham adlanan belə bir rəmzli şüurun varlığından ilham verənin də var olması nəticəsinə yetişirik, yəni heç bir məktəbdə təlim görmədiyi halda öz həyat və yaşam tərzinə dair əldə olunmuş tanışlıq və bu sirli qüvvə (instinkt) bizi qüdrətli bir İlhamvericiyə yönəldir. İndi canlılar aləmində mövcud olan təkvini hidayətlə əlaqədar bir neçə nümunəni diqqətinizə çatdırırıq:

Qarışqa

 Əgər evlərinizin künc-bucağında yaşayan kiçicik qarışqalara diqqət etsəniz, onların yuvalarında qəribəliklər müşahidə edərsiniz. Bu həşərat öz yumurtacığından çıxan andan etibarən, heç bir kəsin bələdçiliyi olmadan öz ehtiyaclarını anlayıb onları dəf etməyin yolunu bilir. Məsələn, onların yuva qurma, yumurta qoyma, yem toplama və topladıqları yemi iki hissəyə ayırma kimi məharətləri vardır. Bu həşərat yemlərin xüsusiyyətini, hansının iki, hansının isə dörd yerə bölünməli olduğunu bilir. Qış tədarükünü çox gözəl bir şəkildə, əyər-əskikliyə yol vermədən həyata keçirir – eyni ilə yayda qış xörəkləri hazırlayan insanlar kimi. Bu həşəratın yuvasının uzunluğu yaşadığı məntəqə ilə əlaqədar fərqli olur. Öz yuvasına “qapı-pəncərə” də qoyur. Soyuq havalarda bu qapı-pəncərəni örtür, isti havalarda isə açır.

Termit (ağ qarışqa)

 Bu xırdacıq həşərat yuva qurmaq üçün özünəməxsus bir şüurla elə bir maddədən istifadə edir ki, hələ də ən məhşur geoloq və mühəndislər bu maddəni əldə edə bilməməşlər. Əgər insan bir gün bu sementi əldə etsə onun bu sementlə tikdiyi möhkəm evləri dinamitdən başqa heç nə dağıda bilməyəcək.

 İndi belə bir sual meydana çıxır ki, bu həşəratlar memarlıqla bağlı elmləri və ümumuyyətlə, yaşam tərzini harada öyrənmişlər? Hansı sirli qüvvə onlara bu yaşam tərzini öyrətmişdir? Əgər təsəvvür etsək ki, bu elmlər onlara irsi yolla çatmışdır, bu, bir əfsanə olardı. Çünki kəsbi elmlərin heç birisi irs yolu ilə gələcək nəslə ötürülmür. İndiyə qədər heç yerdə görünməmişdir ki, hər hansı mühəndis və ya memarın övladı bu sahəni oxuyub-öyrənmədən mühəndis və ya memar olsun. Bax elə burda insanı heyrət bürüyür və o, bu xırda həşəratlara bu elmləri ilham yolu ilə verən Uca Varlıq qarşısında təzim edib özü-özünə deyir: “Bu elm və ilham alim, qüdrətli və hikmətli İlhamverici olmadan mümkün deyil!”

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: ƏBDÜLƏHƏD (5 Yanvar 2011 12:25)



Qrup: İstifadəçi
Tarix: 4.01.2011
DÜNYA MÖCÜZƏLƏRLƏ DOLUDUR. ƏGƏR ALLAHU TƏALA İSTƏSƏ BİZ YALNIZ O MÖCÜZƏLƏRİ GÖRƏ BİLƏRİK. İNANIN Kİ,İNSAN BU XƏBƏRLƏRİ OXUDUQCA ALLAHA İNAMI DAHA DA ARTIR.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.