Şəhid Mübarizin cəsədi qaytarılacaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » Şəhid Mübarizin cəsədi qaytarılacaq
 
Şəhidlər ölmür: Şəhid Mübarizin cəsədi qaytarılacaq
 
Müəllif: Admin | 3 Oktyabr 2010 | 12374 dəfə oxunub
http://zeka.az/1019-ejhid-mgbarizin-cjsjdi-qaytardlacaq.html

Şəhid Mübarizin cəsədi qaytarılacaq

Xəbər verildiyi kimi, bütün ermənilərin katolikosu II Qareginlə Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutmuş görüşün yekunları barədə Rusiya patriarxına məlumat verilib. Eçmiədzin kilsəsinin yaydığı məlumatda deyilir ki, erməni tərəfi azərbaycanlı əsir və hərbçilərin meyitlərini qaytarmağa hazırdır.

Məlumatda həmçinin deyilir ki, əgər Azərbaycan da problemin həllində beynəlxalq humanitar hüququn tələblərinə sadiq qalıb birgə əməkdaşlığa hazır olsa, Ermənistan tərəfi bu məsələni müzakirə edə bilər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə “Bizim Yol” qəzetinə bildirib ki, ermənilər nə vaxtsa bu məsələni qaldırmayıblar: “Azərbaycan tərəfi isə dəfələrlə əsir əsgərlərimizin qaytarılması məsələsini gündəmə gətirib. Biz erməni əsirləri qaytarmağa hazırıq. Lakin erməni əsgərləri geri qayıtmaq istəmirlər. Onlar özlərindən əvvəlki əsir əsgərlərlə pis davrandığını əsas gətirərək onları da eyni taleyin gözləyəcəyindən ehtiyat edirlər. Üstəlik indiyədək rəsmi İrəvan Azərbaycan tərəfdə olan əsirləri barədə narahatlığını ifadə etməyib”.

Srağagün isə müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri Paskal Mej Vaqneri qəbul edib. Müdafiə Nazirliyi mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, Səfər Əbiyev bildirib ki, Qırmızı Xaç Komitəsinin indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyəti ilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb. Görüş zamanı əsirlərin qaytarılması məsələsi də müzakirə olunub. Səfər Əbiyev iki Azərbaycan hərbçisinin meyitinin geri alınması üzərində xüsusilə dayanıb.

Məsələ ilə əlaqədar hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun da mövqeyini öyrəndik. Ekspert bildirdi ki, Ermənistan tərəf qorxduğu üçün bu addımı atıb: “Ermənistan tərəf özünü çox ağıllı göstərmək istəyir. Bilirsiniz ki, Milli Qəhrəmanımız Mübariz İbrahimovun cəsədi bir neçə aydır ki, onlardadır. Fərid Əhmədovun meyiti isə bu yaxınlarda onların əlinə keçib. Mübarizdən fərqli olaraq Fəridin cəsədinə onlar o qədər də toxunmayıblar. Ermənistan tərəf kişiliyə yaraşmayan hərəkətlər etdiyindən vaxt udmağa çalışırdı. Yaxın günlərdə cəsədlərin qaytarılması məsələsi həll olunacaq. Mən ona təəssüflənirəm ki, bu günlərdə Ermənistanda olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da ağzına su alıb və bu haqda bir kəlmə də danışmayıb”.

Ü.Cəfərova görə Ermənistan indi də Azərbaycana əsir düşən Sarbekyanı xilas etməyə çalışır: “Çünki Sarbekyan Ermənistanla bağlı çox məsələləri danışacaq. Ermənistan istəmir ki, onların paxırları dünya ictimaiyyətinə açıqlansın. Ermənistanın Müdafiə Naziri Seyran Ohanyan da məsələnin ciddiliyini başa düşür. Onlar məhz buna görə belə bir addım atmaq istəyirlər”.

Xatırladaq ki, Ermənistan tərəfində 2 əsir, 1 girov və 2 meyitimiz var. Azərbaycan tərəfində isə 6 erməni əsgəri və 5 mülki şəxs var. musavat.com

Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
Geri Ana səhifə İrəli
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.