Yunis peyğəmbəri (ə) udan balıq tapılmışdır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yunis peyğəmbəri (ə) udan balıq tapılmışdır
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yunis peyğəmbəri (ə) udan balıq tapılmışdır

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Yunis peyğəmbəri (ə) udan balıq tapılmışdır
 
 
Müəllif: Zaur | 11 Oktyabr 2009 | 12786 dəfə oxunub
http://zeka.az/102-yunis-pey287601mb601ri-601-udan-bal305q.html
alt

“Peyğəmbərin həyatı” tarixindən məlumdur ki, Yunis (İohan) Nineva şəhərinin tayfasına göndərilmiş peyğəmbərdir. O, otuz il ərzində öz xalqına dualar etməklə, onların həqiqi dinə çağırış yollarını axtarmaqla məşğul olmuşdu. Bu müddətdə o, yalnız iki nəfəri düz yola çəkə bilmiş, qalanları isə əvvəlki kimi bütlərə sitayiş etməkdə davam etmişdilər. Yunis biləndə ki, onun tayfasını 40 gün ərzində fəlakət gözləyir, Allahın göstərişini gözləmədən onları tərk edir. Müəyyən olunmuş gündə yer qara tüstü və dumanla örtüldü. Yaxınlaşan küləyin dəhşətli uğultusu eşidilirdi. Yunisin tayfası günahkar olduqlarını başa düşəndə, öz peyğəmbərlərini axtardılar ki, onun dinini qəbul etsinlər. Lakin onu heç yerdə tapmadılar. Yunis gəmiyə minərək bu yerləri çoxdan tərk etmişdi. Gəmi sahildən ayrılan kimi tufan başlayır və gəmidəkilər batmaq təhlükəsində qalır. O dayanır və yerindən tərpənmir. Gəmi sahibləri münəccimdən bunun səbəbini soruşduqda deyirlər ki, gəmidə qaçmış bir qul var və o, tapılmayınca gəmi yerindən tərpənməyəcək. Qaçmış qulun kim olduğunu bilmək üçün püşk atılır. Püşk üç dəfə Yunis peyğəmbəri göstərir. O, özünü gəmidən atır. Bu dəmdə onu böyük bir balıq udur (bu, Allahdan izin almadan atdığı addım üçün ona verilən cəza idi), lakin o, balığın boğazında ikən Allahın adını zikr etdi və Allahdan izinsiz hərəkət etdiyi üçün bağışlanmasını istədi. Bu zaman o, “La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zaliminə fəstəcəbna ləhu” (bağışlanmaq) duasını dilinə gətirmişdi (bu haqda Qurani-Kərimin “Səffat” surəsinin 143-145-ci ayələrində bəhs edilir). Bu tarixçə ətrafında çoxlu şaiyələr dolaşmışdır. Xüsusilə, 1978-ci ildə adı naməlum saxlanılan bir ateist mühazirəçi həmin məsələyə tez-tez toxunurdu. O, deyirdı:

“Quran yazır ki, guya Yunisi balıq udub. Balıq necə uda bilər?...”

Zaldan gələn atmacalarla: “Bəlkə bu balina olub?!” -deyə cavab verilirdi.

“Anatomik quruluşuna görə insan balinanın boğazından keçə bilməz. Bundan sonra Qurana necə inanasan?” -deyə o, özündən razı halda çıxış edirdi.

1981-ci ildə Cənubi Atlantika Folkend adaları yaxınlığında “Start of the east” trayleri balıq ovundan qayıdarkən nəhəng yırtıcı balıqla qarşılaşdı. Dənizçilər onu tutmağa çalışdılar. Onlardan biri – Ceyms K. Bartley suya yıxıldı. Qəvvaslar (dalğıclar) onu axtarıb tapa bilmədilər. Yırtıcı ilə ötüşmək bir neçə saat çəkdi. Nəhayət, yaralı halda onu (nəhəng balığı) gəminin göyərtəsinə çıxartmaq mümkün oldu. Onu parçalayanda balığın mədə hissəsində dənizçilər şiş gördülər. Onlar elə zənn edirdilər ki, bu mədəyə toplanan ənbər yağıdır və onu yardılar. Bu zaman hamı heyrətə gəldi: bu, batmış hesab etdikləri K. Bartley idi. O, tamamilə seliyə bürünmüş olduğuna baxmayaq, hələ də sağ idi. Onu yaxınlıqdakı hospitala apardılar. Onun balığın mədəsindən çıxarıldığını eşidən həkimlər gülməkdən özlərini saxlaya bilmədilər. Lakin, müayinədən sonra dənizçilərin haqlı olduqlarına əmin oldular. Bu hadisədən sonra hamı onu balığın qarnında olan adam kimi tanıyırdı. Sonralar Amerika yazıçısı Keyt Siestin sayəsində, bu hadisə bütün dünyaya səs saldı.

K. Bartley balığın qarnında tam bir gün qalmışdı və təfsirlərə görə Yunis peyğəmbər də balığın qarnında eyni müddət qalmışdı. Məşhur dəniz tədqiqatçısı Kapitan Kusto “Yunisi udan balıq” sənədli filmini çəkmişdi.                       

Beləliklə, iri ağızlı, 500 kq çəkidə nəhəng balina tapılmışdır. Sən demə, bu balığın ağız boşluğu və boğazı o qədər genişdir ki, oraya, hətta özündən bir az kiçik balina daxil ola bilər. Həmçinin, onun nəhəng mədəsinin bir sutkalıq oksigen ehtiyatına malik olduğu aşkar edilmişdir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.