Lənkəranda orta əsrlərə aid daş abidə aşkarlanıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Lənkəranda orta əsrlərə aid daş abidə aşkarlanıb
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Lənkəranda orta əsrlərə aid daş abidə aşkarlanıb

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Lənkəranda orta əsrlərə aid daş abidə aşkarlanıb
 
 
Müəllif: Zehra | 3 Oktyabr 2010 | 12485 dəfə oxunub
http://zeka.az/1020-ljnkjranda-orta-jsrljrj-aid-dae-abidj-aekarlandb.html

Lənkəranda orta əsrlərə aid daş abidə aşkarlanıb

 Azərbaycanın Lənkəran rayonunda orta əsrlərə aid daş abidə tapılıb. Daş abidə rayonun Kosalar kəndindəki Mionovo deyilən ərazidən yerli sakin Cavanşir Həsənzadə tərəfindən qazıntı aparılarkən aşkarlanıb. Aşkar edilən daş abidənin üzərində başında tac və ağzından od püskürən mifik heyvan fiquru əks olunub. Üzərində müxtəlif işarələr olan bu daş abidənin hündürlüyü təxminən 80 santimetr, eni 60 santimetr  və çəkisi isə təqribən 60 – 80 kiloqramdır. Daş abidənin aşkar olunduğu 2 hektara yaxın torpaq sahəsini qədim kərpic hasarlar əhatə edib. Bu da ərazidə hər hansı bir qədim şəhərin və ya yaşayış məskəninin olmasına sübutdur.

 Cavanşir Həsənzadənin sözlərinə görə, Kosalar kəndindəki Mionvo deyilən ərazinin tarixi təxminən IX- X əsrlərə gedib çıxır: ”Ata – babalarımız söyləyirlər ki, 200 il bundan əvvəl ərazi sıx cəngəlliklərlə örtülü olub. Burada ilk məskunlaşanlar həmin cəngəllikləri qırmağa məcbur olublar. Bundan sonra ərazidə qədim yaşayış məskəni aşkarlanıb”.

1986-cı ildə Kosalar kəndində yeraltı tunellər də aşkar olunub. Sonradan bu tunellərin kəndin 4 müxtəlif istiqamətinə getdiyi məlum olub. Həmin dövrdə kəndin başqa bir ərazisində isə bir neçə küp qəbir də tapılıb. Lakin kənd sakinləri həmin vaxt ərazidə xeyli miqdarda tarixi abidənin aşkar olunmasına baxmayaraq, oranın traktorların kotanının ağzına verilərək dağıdıldığını və əkin yeri kimi istifadə edildiyini deyirlər.

 Qeyd edək ki, tapılan daş abidə bu gün Mirzə Ağəli Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.APA





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.