Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri Ermənistandadır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri Ermənistandadır
 
 » Şəhidlər ölmür » Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri Ermənistandadır

     
 
Şəhidlər ölmür: Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri Ermənistandadır
 
 
Müəllif: Admin | 4 Oktyabr 2010 | 13059 dəfə oxunub
http://zeka.az/1023-mgbariz-dbrahimov-vj-fjrid-zhhmjdovun-meyitljri-ermjnistandaddr.html

Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri Ermənistandadır  

Ermənistan gizir Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərinin onlarda olduğunu təsdiqləyib

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanla Ermənistan arasında 8 hərbi əsir, 6 mülki şəxs, iki meyitin və statusu hələ müəyyənləşməmiş Ermənistan vətəndaşının qaytarılması istiqamətində iş aparır.

BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, həmin şəxslərin taleyi ilə bağlı məsələ BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqnerin regiona səfəri zamanı da müzakirə obyekti olub: “Bu istiqamətdə biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Həmin şəxslərin qaytarılması isə tərəflərin razılığı və saxlanılan şəxslərin arzusu əsasında baş tutu bilər”.

Qeyd edək ki, Ermənistan tərəfi gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun meyitinin onlarda olması faktını BQXK-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqnerin regiona səfəri zamanı təsdiqləyib.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.