Dəniz heyvanlarının 35 faizi tamamilə məhv olub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dəniz heyvanlarının 35 faizi tamamilə məhv olub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dəniz heyvanlarının 35 faizi tamamilə məhv olub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dəniz heyvanlarının 35 faizi tamamilə məhv olub
 
 
Müəllif: Admin | 4 Oktyabr 2010 | 12272 dəfə oxunub
http://zeka.az/1024-djniz-heyvanlardndn-35-faizi-tamamilj-mjhv-olub.html

Dəniz heyvanlarının 35 faizi tamamilə məhv olub

Bu gün quşların müşahidəsi, sabah isə heyvanların mühafizəsi günüdür

Bu gün “Ümumdünya Quşların Müşahidəsi Günü”dür. Bu gün “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada qeyd edilir. Həmin günün qeyd olunmasının məqsədi geniş kütləni quşların yaşam tərzi barədə məlumatlandırmaq, onların mühafizəsi problemlərinin, o cümlədən insanların fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində bəzi növlərin sayının azalması, yaxud kökünün kəsilmək təhlükəsi altında olmasını diqqətə çatdırmaq, həmçinin quşları təbii biotoplarında öyrənmək, keçirilən aksiyalara daha çox insan cəlb etməklə onları daha çox quş növləri ilə tanış etməkdir.

Oktyabrın 4-ü isə “Ümumdünya Heyvanların Mühafizəsi Günü”dür. Günün təsis olunması barədə qərar 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində qəbul edilib. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən, hər saat Yer üzündən 3 növ silinir, o cümlədən dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi xüsusi yer tutur. Son illər nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən, 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur və onların sahəsi ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.