Alimlə qayıqçının söhbəti » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Alimlə qayıqçının söhbəti
 
 » İstirahət » Lətifələr » Alimlə qayıqçının söhbəti

     
 
İstirahət » Lətifələr: Alimlə qayıqçının söhbəti
 
 
Müəllif: Zaur | 5 Oktyabr 2010 | 12751 dəfə oxunub
http://zeka.az/1025-alimlj-qaydqgdndn-sghbjti.html

Alimlə qayıqçının söhbəti

Bir alim öz istirahət günlərini dəniz kənarında keçirirdi. Günlərin bir günü dənizdə gəzmək üçün bir qayığı kirayə götürdü. Gəzinti zamanı qayıqçıdan soruşdu:

 – Dostum, sənin fizikadan başın çıxır?

Qayıqçı cavab verdi: – Xeyr cənab, başım çıxmır.

Alim dedi: – Necə də bədbəxt adamsan, fizikanı bilməyən hər kəs ömrünün üçdə birini bada verib.

Bir qədər gəzdikdən sonra alim yenə qayıqçıdan soruşdu: – Qardaş, yaxşı bəs astronomiya elmindən necə, bir şey bilirsən?

Qayıqçı: Yox, ondan da heç nə bilmirəm.

Alim: Ah qardaşım, sən həqiqətən də bədbəxt insansan, çünki astronomiya elmini bilməyən insan ömrünün üçdə ikisini yelə veribdir.

Elə bu zaman güclü külək əsib qayığı çevirdi. Bu dəfə qayıqçı alimdən soruşdu: – Cənab, siz üzə bilirsiniz?

Alim cavab verdi: – Yox, təəssüflər olsun ki, üzə bilmirəm.

Qayıqçı: – Elə isə məndən möhkəm yapış, yoxsa ömrünün üçdə üçü də yelə gedəcək!

Nəticə: Sahib olduğunuz heç nə Sizi lovğalandırmasın! Bəzən elə şəxslərin işi elə şəxslərin vasitəsilə yoluna qoyulur ki, onlar cəmiyyətin ən sadə nümayəndələri kimi tanınmışdır. Sadəlik və təvazökarlıq ən ali gözəllikdir!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (6 Oktyabr 2010 17:25)



Qrup: Qonaq
Tarix: --
Bu megaleni oxudugumda.Mevlananın dedikleri yadıma düşdü.

"Sevgide güneş gibi ol, Dostluk ve kardeşlikte akarsu gibi ol, Hataları örtmede gece gibi ol, tevazuda toprak gibi ol. Öfkede ölü gibi ol, her ne olursan ol, ya olduğun gibi görün,yada görünüdğün gibi ol."

MEVLANA
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.