Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır
 
 
Müəllif: Carchi | 6 Oktyabr 2010 | 12558 dəfə oxunub
http://zeka.az/1028-sabah-bakdda-beynjlxalq-tjhsil-sjrgisi-baelaydr.html

Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır

 Oktyabrın 7-9-da Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı rəsmi tərəfdaşı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə IV Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçiriləcək.

Bununla bağlı bu gün təşkilatçıların keçirdiyi mətbuat konfransında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərgiyə Azərbaycan Təhsil, Gənclər və İdman nazirlikləri fəal dəstək göstərir. Bu sərgidə 15 ölkədən (Azərbaycan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, Kanada, Koreya, Latviya, BƏƏ, Rusiya, ABŞ, Türkiyə və İsveçrə) 96 təhsil strukturu iştirak edəcək. Ziyarətçilərə kulinariyadan tutmuş texnologiya sahələrinə qədər ən müxtəlif istiqamətlər üzrə 60-dan çox ödənişli və ödənişsiz fakültələr, kurslar və proqramlar təqdim olunacaq. Ümumilikdə, sərgidə məktəbəqədər və orta təhsil, ali təhsil müəssisələrinin proqramları, distansion təhsil sistemləri, xaricdə təhsil və tələbə mübadilələri üzrə proqramlar, elmi dərəcə əldə etmək üçün təhsil, işəgötürmə agentlikləri, karyeranın planlaşdırılması və inkişafı üzrə məsləhətlər, fakültativ təhsil və turizm üzrə proqramlar, xarici dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları və kompüterlər təqdim olunacaq.

Layihənin meneceri Xəyal Əliyeva bildirib ki, bu il ilk dəfə olaraq, Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərinin 14 təhsil müəssisəsini özündə birləşdirən türk milli universitetlər qrupu sərgidə iştirak edəcək. Sərgi çərçivəsində türk ali təhsil müəssisələrinin birində pulsuz təhsil almaq üçün lotereya tirajı da keçiriləcək.APA





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 17
Robot: 2
Qonaq: 15
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.