Leysan yağışları nəticəsində Azərbaycan çaylarında sululuq artıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Leysan yağışları nəticəsində Azərbaycan çaylarında sululuq artıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Leysan yağışları nəticəsində Azərbaycan çaylarında sululuq artıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Leysan yağışları nəticəsində Azərbaycan çaylarında sululuq artıb
 
 
Müəllif: Carchi | 6 Oktyabr 2010 | 12187 dəfə oxunub
http://zeka.az/1029-leysan-yaddelard-njticjsindj-azjrbaycan-gaylardnda-sululuq-artdb.html

Leysan yağışları nəticəsində Azərbaycan çaylarında sululuq artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, 5-6 oktyabr tarixlərində gecə və səhər yağan leysan yağışlar nəticəsində Azərbaycanın çaylarında sululuq artıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Balakən-Şəki bölgəsinin Kişçay, Şinçay, Küngütçay, Zəyzitçay, Qaraçay, Dəhnəçay, Daşağılçay, Əyriçay, Balakənçay, Mazımçay, Talaçay, Kürmükçay, Hamamçay və Türyançay çaylarından qısamüddətli daşqın olub.

Belə ki, Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi 30-90 sm, Quba-Xaçmaz bölgəsinin çaylarında 20-40 sm, Qazax-Gəncə bölgəsinin çaylarında isə 10-27 sm artıb.

Hazırda respublikanın çaylarında sululuq ongünlük normadan yüksəkdir. Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 393-693%-ni, Quba-Xaçmaz bölgəsi çaylarında normanın 115-494 %-ni, Balakən-Şəki və Qazax-Gəncə bölgəsi çaylarında isə normanın 165-281 %-ni təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyət isə belədir:

Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, eyni zamanda

Gürcüstan ərazisində Qanıx və Kür çayının hövzələrinə yağan leysan yağışları nəticəsində müvafiq olaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 103 sm artaraq su sərfi 203 m3/san (ongünlük normanın 212 %-i), Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 16 sm artaraq su sərfi 220 m3/san (ongünlük normanın 136 %-i) təşkil edir. Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur. Belə ki, hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2010-cu il mayın 21-də 955 sm), Şirvanda 341 sm (2010-cu il mayın 18-də 853 sm ), Bankədə 262 sm (2010-cu il mayın 18-də 503 sm), Salyanda 360 sm (2010-cu il mayın 18-də 855 sm), Araz-Novruzluda isə 170 sm-dir (2010-cu il mayın 21-də 734 sm).APA





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 10
Robot: 4
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.