Mənəviyyatımıza qarşı idmandan sui-istifadə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » Mənəviyyatımıza qarşı idmandan sui-istifadə
 
 » Sağlamlıq » İdman » Mənəviyyatımıza qarşı idmandan sui-istifadə

     
 
Sağlamlıq » İdman: Mənəviyyatımıza qarşı idmandan sui-istifadə
 
 
Müəllif: Muslim | 12 Oktyabr 2009 | 12506 dəfə oxunub
http://zeka.az/103-m601n601viyyat305m305za-qar351305-idmandan-sui.html
alt

Keçən aylarda bir neçə dəfə dinimizə və mənəviyyatımıza qarşı uzanan çirkin əllərin idmandan da öz məqsədləri üçün sui-istifadə etdiklərinin şahidi olduq. 2010-cu ildə keçiriləcək dünya çempionatı üçün hazırlanan topların üzərində “Allah” kəlməsi yazılaraq Cənubi Afrikada və bir neçə başqa müsəlman dövlətlərində paylandı və bu, müsəlmanların narahatçılığına səbəb oldu. Fifa federasiyasının bu toplardan məlumatı olmadığını bildirməsinə baxmayaraq, topların paylanılması və bu səbəbdən xalq arasında narahatçılığın baş qaldırması danılmaz bir fakt idi.

Yenidən keçən həftə idman ləvazimatları istehsal edən “Nike” şirkəti idmançılar üçün altında “Allah” kəlməsi yazılan ayaqqabılar istehsal edərək, bazara çıxarmışdır (mənbə: Tabnak). Bu ayaqqabıların bir neçə müsəlman və digər dövlətlərdə paylanması Allahsevərlərin qəzəbinə səbəb olmuşdur.

Dini mənbələrimizə əsasən “Allah” kəlməsi yüksək bir varlığı əks etdirdiyinə görə müqəddəs hesab olunur. Ona hətta, dəstəmazsız əl vurmaq olmaz və əgər yerə ya ayaq altına düşübsə onu tez götürüb təmizləmək, pak və uca yerdə saxlamaq lazımdır. Həmçinin bütün İlahi və səmavi dinlərin ortaq nöqtəsi Allah adlı bir xaliqə inanmaq olduğuna görə, bu addım təkcə müsəlmanlara deyil, hətta xristianlara, yəhudilərə və başqa səmavi dinlərə də təhqir hesab olunur.

Görünür dövrümüzün ateist-allahsızları öz acizliyinin ücbatından dindarlarla elmi və məntiqi disbuta girmək əvəzinə təhqirə əl atırlar ki, bu da dediyimiz kimi, onların acizliyindən və düşmənçiliyindən irəli gəlir. Bu iş heç də idmançıların gündən-günə mənəviyyata tərəf  üz tutmasının qarşısını ala bilməyəcək.

Allah-Taala gündən-günə idmançılarımızın mənəviyyatını gücləndirib, öz sayəsində onlara döyüş meydanlarında qələbə əta etsin!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.