AŞPA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini qaytarmağa çağırdı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » AŞPA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini qaytarmağa çağırdı
 
 » Şəhidlər ölmür » AŞPA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini qaytarmağa çağırdı

     
 
Şəhidlər ölmür: AŞPA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini qaytarmağa çağırdı
 
 
Müəllif: Admin | 7 Oktyabr 2010 | 12283 dəfə oxunub
http://zeka.az/1031-aepa-ermjnistand-azjrbaycanld-hjrbgiljrin-meyitljrini-qaytarmada-gaddrdd.html

AŞPA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini qaytarmağa çağırdı

Yazılı müraciət formasında hazırlanan sənəd “Azərbaycanlı hərbi qulluqçuların meyitlərinin qaytarılmasının vacibliyi” adlanır

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının üçüncü günündə Ermənistanı Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərini qaytarmağa çağıran bəyanat qəbul edilib. Yazılı müraciət formasında hazırlanan sənəd “Azərbaycanlı hərbi qulluqçuların meyitlərinin qaytarılmasının vacibliyi” adlanır. Sənəd Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanıb və Avropa Şurasında ingilis və fransız dillərində yayılıb.

Yazılı müraciətdə deyilir: “İyunun 18-də Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərindən Azərbaycanın mövqelərinə hücum ediblər. Hücum zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun giziri Mübarizə İbrahimov öldürülüb. Erməni tərəfi həlak olan hərbçinin meyitini qaytarmaqdan imtina edib, bir neçə gündən sonra isə meyitin fotoları internetdə yayılır. Azərbaycanın və Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərinə baxmayaraq, Ermənistan hakimiyyəti indiyədək Mübariz İbrahimovun meyitini qaytarmaqdan imtina edir”.

Yazılı müraciətdə Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovdan da söz açılır: “Senyatbrın 4-də atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycanın mövqelərinə hücuma keçiblər. Hücum dəf edilərkən Azərbaycan Ordusunun zabiti Fərid Əhmədov şəhid olub. O vaxtdan Ermənistan dövləti onun meyitini qaytarmaqdan imtina edir”.

 

Sənəddə bildirilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmi şəxslərinin regiona səfəri zamanı erməni tərəfi Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin onlarda olduğunu etiraf ediblər: “AŞPA belə halların beynəlxalq konvensiyalar və beynəlxalq hüquqa ziddi olduğunu, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması danışıqlarına mənfi təsir göstərdiyini qeyd edir və Ermənistanı gizir Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana qaytarmağa çağırır”.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.