Qocalıq – ömrün qışı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Qocalıq – ömrün qışı
 
 » Sağlamlıq » Psixologiya » Qocalıq – ömrün qışı

     
 
Sağlamlıq » Psixologiya: Qocalıq – ömrün qışı
 
 
Müəllif: Zaur | 7 Oktyabr 2010 | 13126 dəfə oxunub
http://zeka.az/1032-qocaldq-v-gmrgn-qded.html

Qocalıq – ömrün qışı

 Qocalıq 60 yaşdan başlayaraq yaş yorğunluğu ilə ölümə qədər davam edir. “Bu dövrdə insan özünü ümidsizliyin müqabilində donmuş və heyrətlənmiş şəkildə görür. “(Erikson) Kamala çatmış şəxs özünü ümidsizliyin axınına atmamalı və ömür kitabında yol verdiyi səhvlər qarşısında çarəsizlik göstərməməlidir. Bu vəziyyətdən çıxmaq üçün özündə elə təsəvvür yaratmalıdır ki, əgər bu əməllərin təkrarlanıb və ya təkrarlanmaması yenidən mümkün olardısa elə əvvəlki kimi də əməl edərdi. Belə bir təsəvvürü yarada bilsə ölüm qorxunc olmaz. Bu mərhələdə şəxsin ən çox üzləşdiyi təhlükə keçmiş üçün mütəmadi şəkildə təəssüflənib ümidsizlikdə boğulmasıdır. Ümidsizlik isə ölümdən qorxu hissi yaradır. Amma ömrünü səmərəli yaşadığını düşünən insanlar isə aram və sakit olurlar. Halbuki, naümid şəxs həyata nifrət bəsləməsinə baxmayaraq, yenidən dünyaya gəlmək şansının ona verilməsini arzu edir ki, hər şeyi yenidən başlasın.

 Mədəniyyət inkişaf və qocalıq mövqeyinin təyinedicisidir. Şərq dünyasında şeyxlik məhz qocalıqla bağlıdır, qocanın sözünü dinləyib ona ehtiram göstərirlər. Şərq fəlsəfəsinə görə, həyat – insanın təcrübəsilə qazanılır və ölümlə şərikdir. Amma qərb mədəniyyətində ölüm həyata qarşı qoyulmuşdur və qocanı nurani şəxs kimi deyil, bir ayağı gora titrəyən şəxs kimi dəyərləndirirlər. Böyük yaş dövrünün son inkişafı şəxsin qocalığa və başqasına sığınma fikrinə alışa bilmək zəruriyyətini doğurur. İnkişaf etməyi bacaran şəxslər lazım gəldikdə başqasına sığınmağa meyilli olurlar. Yəni qocalıb əldən düşmüş valideyn övladına sığınmağı normal qarşılayırsa – bu təbiidir. Əgər bir şəxs psixoloji sarsıntılar – yaxınlarının ölümü, cavanlıqdakı cismani məharətlərinin əldən verilməsi və s. kimi hadisələrin müqabilində ümidsizlik göstərərək keçmiş xatirələrdən asılıb qalmağa can atsa ömrü qısalar və ölümü tezləşər. Amma tam əksinə, ömrün cilovunu əldən verməyib, ümidini itirməzsə uzun müddət yaşayar və bu da onun yeni müvəffəqiyyətlər qazana bilməsi üçün bir şansdır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.