Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinə mükafatlar təqdim olunmuşdur » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinə mükafatlar təqdim olunmuşdur
 
 » Şəhidlər ölmür » Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinə mükafatlar təqdim olunmuşdur

     
 
Şəhidlər ölmür: Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinə mükafatlar təqdim olunmuşdur
 
 
Müəllif: Admin | 8 Oktyabr 2010 | 12514 dəfə oxunub
http://zeka.az/1034-azjrbaycandn-milli-qjhrjmand-mgbariz-dbrahimovun-valideynljrinj-mgkafatlar-tjqdim-olunmuedur.html
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinə mükafatlar təqdim olunmuşdur 
“Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” Beynəlxalq jurnalı tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama xanıma Fondun “Mehriban Ana” ordeni təqdim olunmuşdur. Orden ilk dəfədir ki, təqdim edilir. 
“Dədə Qorqud” Milli Fondunun Prezidenti Eldar İsmayılov Biləsuvar rayonunun Əliabad kəndində ordeni Şamama İbrahimovaya təqdim edərək, Mübariz kimi oğul tərbiyə etdiyinə görə ona minnətdarlıqlarını bildirmişdir. Eldar İsmayılov Milli Qəhrəmanın layiq görüldüyü “Vətən övladı” ordenini isə Mübarizin atası Ağakərim kişiyə təqdim etmişdir.
Valideynlər təltiflərə görə minnətdarlıqlarını bildirmişlər.
Təqdimat mərasimində Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək, Milli Qəhrəmanın hünər yolundan söhbət açmış, təltiflərə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
Mərasim iştirakçıları Milli Qəhrəmanın təhsil aldığı kənd məktəbində də olmuş, ona dərs demiş müəllimlərlə söhbət etmiş, qəhrəmana həsr olunmuş guşəyə baxmışlar.AzərTAc




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.