Himalay dağlarının ətəklərində elmə məlum olmayan dil » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Himalay dağlarının ətəklərində elmə məlum olmayan dil
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Himalay dağlarının ətəklərində elmə məlum olmayan dil

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Himalay dağlarının ətəklərində elmə məlum olmayan dil
 
 
Müəllif: Carchi | 8 Oktyabr 2010 | 12195 dəfə oxunub
http://zeka.az/1035-himalay-dadlardndn-jtjkljrindj-elmj-mjlum-olmayan-dil-aekar-edilmedir.html

 Himalay dağlarının ətəklərində elmə məlum olmayan dil aşkar edilmşdir

ABŞ alimləri Himalay dağlarının ətəklərində indiyədək elmə məlum olmayan dil aşkar etmişlər.“Uoll strit cornal” nəşrinin yazdığına görə, “koro” adlandırılan bu dil Hindistanın Arunçal-Pradeş ştatının qərbində istifadə olunur. Koro dilində coşqun çaylar və sıldırım qayalarla ətrafdan təcrid olunmuş bir neçə kəndin əhalisi danışır. Onlar bambuk komalarda yaşayır, ovçuluq və natural təsərrüfatla məşğul olurlar. 
Yeni dili aşkar edən ekspedisiyanın rəhbəri Qreqori Anderson demişdir ki, bu dil bütün cəhətlərinə - həm səslənməsinə, həm sözlərinə, həm də cümlə quruluşuna görə çox fərqlidir.
Koro dili təxminən 400 dilin daxil olduğu Tibet-Birma qrupuna aiddir. Təkcə Hindistanda bu qrupdan olan 150 dildə danışılır. Koro dilinin yazılı variantı yoxdur. Alimlər səs yazısı əsasında dilin onlayn lüğətini yaratmaq niyyətindədirlər.
“Uoll strit cornal” yazır ki, artıq bu yüzillikdə elmə məlum olan 6909 dilin təxminən yarısının kökü kəsiləcəkdir. Hər iki həftədən bir dünyada bir dilin sonuncu səlis daşıyıcısı ölür. Cəmi 800 adamın danışdığı koro da, ehtimal ki, istisna olmayacaqdır.AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.