Həzrət Məsumənin (Ona salam olsun) mövludu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Məsumənin (Ona salam olsun) mövludu
 
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Məsumənin (Ona salam olsun) mövludu

     
 
Əlamətdar günlər, Video xəbərlər: Həzrət Məsumənin (Ona salam olsun) mövludu
 
 
Müəllif: Zehra | 3 Avqust 2016 | 13734 dəfə oxunub
http://zeka.az/1037-hjzrjt-mjsumjnin-ona-salam-olsun-tjvjllgdg.html

Həzrət Məsumənin (Ona salam olsun) mövludu

Əziz müsəlman bacı və qardaşlarımız! Həzrət Məsumənin doğum günü münasibəti ilə sizi təbrik edirik və O xanımın (Ona salam olsun) haqqında qısa bir məlumatı diqqətinizə çatdırırıq

Mübarək adı: Fatimə

Ləqəbləri: Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra

Atası: Yeddinci imam Musa ibn Cəfər (ə)

Anası: Nəcmə xatun (İmam Rizanın (Ona salam olsun) anası)

Doğulduğu il: 173-cü hicri-qəməri ili

Doğulduğu ay: Zilqədə ayının biri

Doğulduğu yer: Mədinə şəhəri

Vəfat etdiyi il: 201-ci hicri-qəməri ili, iyirmi səkkiz yaşında

Vəfat etdiyi ay: Rəbiüs-sani ayının 10-u və ya 12-si.

Vəfat etdiyi yer: Qum şəhəri.

Qazi Nurullah Şüştəri yazır: "İmam Cəfər Sadiq (Ona salam olsun) buyurub: "Agah olun! Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin bir hərəmi vardır və o Mədinədir. Əmir əl-mömininin bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun! Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır." Sonra İmam (Ona salam olsun) buyurdu:

"Qumda mənim övladlarımdan Fatimə Musa (Ona salam olsun) qızı adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar."

Xanımın əzəmət və fəziləti barədə təkcə bu kifayətdir ki, imam Riza (Ona salam olsun) xanımı "Məsumə" adlandırmışdır.

 İmam Riza (Ona salam olsun) şəxsən özü o xanımın ziyarətini Sədə öyrətmiş və ona xanımı ziyarət edərkən "Ey Fatimə, Allahın yanında mənə şəfaət elə!" - cümləsini deməyi göstəriş vermişdir. Bu isə xanımın digər məsum və ali məqamlı insanlar kimi şəfaətçi olduğunu sübut edir.

Həzrət Məsuməni (Ona salam olsun) Həzrət Zeynəbə (Ona salam olsun) bir neçə cəhətdən bənzədirlər:

1. Hər iki xanım Məsum İmamın qızıdır. Zeynəb (Ona salam olsun) Həzrət Əmir əl-möminin Həzrət Əlinin (Ona salam olsun), Həzrət Məsumə (Ona salam olsun) isə İmam Musa ibn Cəfərin (Ona salam olsun) qızıdır.

2. Hər iki xanım məsum İmamın bacısıdır. Biri Həsən (Ona salam olsun) və Hüseynin (Ona salam olsun), digəri isə İmam Rizanın (Ona salam olsun) bacısıdır.

3. Hər iki xanım məsum İmamın bibisidir. Biri İmam Zeynəl-abidinin (Ona salam olsun), digəri isə İmam Cavadın (Ona salam olsun) bibisidir.

4. Hər iki xanım Allahın höccəti və məsum İmam tərəfindən təsirlənmişdir.

5. Hər iki xanım üç məsum İmamın hörmətinə layiq görülmüşdür. Həzrət Zeynəb (Ona salam olsun) atası Həzrət Əli (Ona salam olsun), qardaşı İmam Hüseyn (Ona salam olsun) və qardaşı oğlu İmam Zeynəl-Abidin (Ona salam olsun) tərəfindən, Həzrət Məsumə (Ona salam olsun) isə babası İmam Sadiq (Ona salam olsun), qardaşı İmam Riza (Ona salam olsun) və qardaşı oğlu İmam Cavad (Ona salam olsun) tərəfindən möhtərəm sayılmışdır.

6. Hər iki xanım öz qardaşını çox sevirdi, Həzrət Zeynəb (Ona salam olsun) İmam Hüseyni (Ona salam olsun), Həzrət Məsumə (Ona salam olsun) isə İmam Rizanı (Ona salam olsun).

7. Hər iki xanım qardaşa olan məhəbbətin gücündən öz evlərini, yaşayışlarını, vətənlərini tərk edərək səfər əziyyətinə qatlaşdılar. Həzrət Zeynəb (Ona salam olsun)  Mədinədən İraqa, sonra isə Şama getdi. Həzrət Məsumə (Ona salam olsun) isə Mədinədən İrana, axırda isə Quma gedərək orada dəfn olundu.

8. Hər iki xanımın vətəni Mədinə olduğu halda qürbətdə dəfn olunublar. Həzrət Zeynəb (Ona salam olsun) Şam və ya Misirdə, Həzrət Məsumə (Ona salam olsun) isə İranda.

9. Hər iki xanımın qəbri müsəlmanların ümumi ziyarətgahına çevrilib.

10. Hər iki xanımın iki ziyarət yeri vardır. Həzrət Zeynəbin  (Ona salam olsun) həm Misirdə, həm də Şamda, Həzrət Məsumənin (Ona salam olsun) isə həm Sittiyyə mədrəsəsində, yaşadığı və ibadət etdiyi Beytun-Nurda, həm də hərəmində ziyarət yeri vardır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 17
Robot: 2
Qonaq: 15
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.