Adəm gedib insan gilə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Adəm gedib insan gilə
 
 » İstirahət » Poeziya » Adəm gedib insan gilə

     
 
İstirahət » Poeziya: Adəm gedib insan gilə
 
 
Müəllif: Muslim | 13 Oktyabr 2009 | 12357 dəfə oxunub
http://zeka.az/104-ad601m-gedib-insan-gil601.html

Küsmüsən canandan, ey can, dur gedək canan gilə,

Bir də heç vaxt olmayaq mehman, şəbi-hicran gilə.

 

Kim qapım sidq ilə açmış, canı qurban etmişəm,

Kim döyübdür məkr ilə, göndərmişəm şeytan ilə.

 

Dərdimi izhar qılmaqçün bir adəm tapdım,

Çox soraq etdim, dedi, adəm gedib insan gilə.

 

Kaş əzəl gündən görəydim çərxi-dövranın üzün,

Ayrılıb ondan gedərdim, özgə bir dövran gilə.

 

Çox gəlib imkan bizə, tez əl verib əldən çıxıb,

Bir məqamın tutmuram, lövbər salıb imkan gilə.

 

Girmə bu meydanə ki, meydan şəhid meydanıdır,

Yağdırıb meydan oxu, meydanı sür, meydan gilə.

 

Bir əsirəm gözlərim həsrət dağından yol çəkər,

Çəkdiyim yolnan qisas almağa gəl düşman gilə.

 

“Biz xəlq eylədik”, pərvərdigarım ta dedi,

Surə-surə, ayə-ayə qalxaram Sübhan gilə.

 

Həqq verən nemətlər içrə, sözdən ən qiymətlisi,

Çox şükürlər ki, o da sel tək yağar Pünhan gilə.

                                                                                

                                                                                        BABA PÜNHAN





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.