Hekayət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Hekayət
 
 » Din » Əxlaq » Hekayət

     
 
Din » Əxlaq: Hekayət
 
 
Müəllif: Zehra | 11 Oktyabr 2010 | 12426 dəfə oxunub
http://zeka.az/1044-hekayjt.html

Hekayət

Görkəmli alim, böyük şeyx mərhum Əbül Fərəc İbn Cövzi ((1115-1201) “Bağdad Nizamiyyə Mədrəsəsi”nin məşhur müəllimi olmuşdur. Müxtəlif elmlərə aid əsərləri vardır) mənə (Sədi Şirazi) musiqi məclisində iştirak etməyi qadağan etmişdi. Lakin başımda gənclik havası, qəlbimdə eyş-işrət həvəsi olduğundan qoca ustadın dediklərinə qulaq asmır, musiqi məclislərinə getməkdən həzz alırdım. Şeyxin verdiyi öyüd-nəsihəti xatırladıqda isə öz-özümə deyirdim:

Beyt

Qazi bizlə otursa, eylər rəqsə həvəs,

Darğa içsə mey özü, məsti müqəssir etməz.

Yenə bir axşam bir kef məclisinə yetişdim, orada elə bir mütrüb gördüm ki,

Beyt

Qırır qəlbin tellərini mizrab ilə nə ki var,

Səsi mərhum atasının səsi kimi xırıldar.

Məclisdəkilər gah “sus!”– deyə barmaqlarını dodaqlarının üstünə qoyurdular:

Beyt

Sevərlər səs ilə hər xanəndəni,

Sən sussan daha çox sevərlər səni.

Beyt

Səsin razı salmaz heç bir adamı

Susduqda sevinib şadlanır hamı.

Şeir

Elə ki, səsləndi o bərbət yenə,

Dedim kəndxudaya:”Allah eşqinə,

Ya tök qulağıma civə kar olum,

Ya aç bu qapını tez kənar olum.”

Xülasə, dostların xatirinə bütün gecəni bu qayda ilə orada səhər elədim.

Şeir

Müəzzin qışqırır yersiz, mövqesiz,

Bilməyir nə qədər keçib gecədən.

Soruşur gözlərimdən uzun gecəni,

Çünki bircə anda yatmamışam mən.

Dan yeri sökülərkən qurşağımdan bir dinar çıxarıb, başımdakı çalmanı açdım və onları xanəndəyə bağışladım, sonra qucaqlayıb minnətdarlıq elədim. Dostlar mənim ona göstərdiyim bu ehtiramı adətdən kənar bilib, ağılsızlığıma yozdular. Dostlarımdan biri diliuzunluq edib məni danlamağa başladı ki, ovcunda bir gümüş, dəfində bir quruş görməyən xanəndəyə şeyxlik paltarını bağışlamaqda ağıllı iş görmədin.

Zarafatyana da deyilsə bir söz,

 Ağıllı o sözdən götürər ibrət.

Əgər anlamaza yüz hikmət desən,

Oyuncaq görünər ona bu hikmət.

Şeir

Bu məclisdən uzaq olsun, var idi bir nəğməxan,

Ki, bir yerə iki dəfə çağrılmazdı heç zaman.

Rast oxumaq istər ikən məlum oladu hünəri,

Eşidənin bədənində biz-biz oldu tükləri.

Saray quşu qorxusundan eyvandan uçdu getdi,

Boğazını yırtdı özü, bizi yarımcan etdi.

Dedim:

– Məncə ağzını yumub etiraz etməsən, daha yaxşıdır. Çünki bu adamın kəraməti mənə aydın oldu.

Dostum dedi:

– Elə isə nə üçün səbəbini mənə demirsən ki, mən də ona hörmət edib, zarafatla dediyim sözün üzrünü istəyim?

Dedim:

 – Səbəbi budur ki, hörmətli şeyxim mənə öyüd-nəsihət verər, musiqi məclisində iştirak etməyimi qadağan edərdi. Mən isə qulaq asmazdım. Bu axşam isə mənə böyük bir səadət üz verdi, uğurlu taleyim gətirib məni bu evə çıxartdı. Burada həmin xanəndənin səsini eşitdikdə tövbə etdim ki, nə qədər ömrüm var, bir də belə məclislərdə iştirak etməyim.

Şeir

Gözəl ağız, şirin dodaq, xoş boğazdan gələn səs

Nəğmə desə, deməsə də sevər onu hər bir kəs.

Amma Üşşaq, İsfahan və Hicaz kimi muğamlar

Çirkin, kobud bir ağızdan çıxsa heç kim dinləməz

Hikmət – Loğmandan soruşdular:

– Ədəbi kimdən öyrəndin?

Dedi:

– Ədəbsizlərdən. Onlarda gördüyüm xoşuma gəlməyən hərəkətləri təkrar etmədim.

Sədi Şirazi, “Gülüstan”əsərindən





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.