Şəhidlik statusu nə deməkdir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhidlik statusu nə deməkdir?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhidlik statusu nə deməkdir?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şəhidlik statusu nə deməkdir?
 
 
Müəllif: Carchi | 12 Oktyabr 2010 | 12406 dəfə oxunub
http://zeka.az/1046-ejhidlik-statusu-nj-demjkdir.html

Şəhidlik statusu nə deməkdir?

Şəhid atası: "Övladım döyüşdə həlak olub, nə fərqi var onu kim öldürüb"

Azərbaycanda yaranan problemlərdən biri də şəhidlik statusudur. Belə ki, dəfələrlə bu haqda danışılsa da, yenə də burada müəyyən çatışmazlıqlar hiss olunur. 1992-ci ildə Füzuli rayonunda şəhid olan Fərman Elman oğlu Süleymanovun şəhidlik statusunu ləğv ediblər. Bu barədə şəhidin atası Elman kişi ANS PRESS-ə şikayətində bildirib. Səbəb kimi də Fərmanın döyüş zamanı bir səngərdən başqa səngərə keçərkən öz əsgərimiz tərəfindən vurulması göstərilir. Şəhid atası isə hələ də yarasının sağalmadığı bir məqamda yenidən yara aldığını bildirir. “Mən uşağımı vermişəm vətənə xidmətə, o da döyüşdə həlak olub, nə fərqi var onu kim öldürüb”, - deyə Elman kişi şikayətlənib.

Məsələ ilə əlaqədar Füzuli rayon N saylı hərbi hissənin bölmə komandiri Mircəfər Cəfərov ANS PRESS-ə açıqlamasında həqiqətən də Fərmana verilən şəhidlik statusunun ləğv olunduğunu bildirib. “Çünki o, döyüşdə Azərbaycan əsgəri Hikmət Xəlilov tərəfində aldığı güllə yarasından həlak olub. Bu da ona şəhidlik statusunun və bunun müqabilində ailəsinə verilən təqaüdün ləğv olunmasına səbəb olub”, - deyə Mircəfər Cəfərov vurğulayıb.

Şəhidlik statusunun ləğv olunması bir yana, hətta bu vaxta qədər Elman kişiyə verilən şəhidlik təqaüdü onun əmək pensiyasından faizlə tutulur. Oğlunu vətənə qurban verən ata indi nədənsə cəzalandırılır. Məsələ ilə əlaqədar Hərbi Qulluqçuların Hüquqlarını Müdafiə Mərkəzinin sədri Telman Əbilov ANS PRESS-ə açıqlamasında bildirib ki, atəşkəs dövrünə qədər əsgər cəbhədə həlak olarsa, ona mütləq şəhidlik statusu verilməlidir. “Atəşkəs dövrünə qədər əgər əsgər hərbi xidməti vəzifəsini yerinə yetirərkən döyüş bölgəsində şəhid olubsa, ona şəhidlik statusu verilməlidir. Lakin bizim bəzi məmurlarımız şəhidlik statusuna görə aylıq verilən 100 manatlıq puldan ötrü bütün mənəvi dəyərləri və qanunu tapdalayırlar. Məhz buna görə məmurlar şəhidliyi ucuzlaşdırırlar. Qanunda göstərilir ki, cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olan əsgər şəhiddir. Çox təəssüf ki, məhkəmələrin çoxu məmurun mənafeyinə zidd olmayan qərarlar çıxarır. Elə indi də cəbhə bölgəsində həlak olan əsgər də şəhid sayılır”, - deyə Telman Əbilov vurğulayıb.

Müvafiq qanuna görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə qanuna müvafiq surətdə sənəd verməlidir.ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.