Müctəhidlərin verdiyi göstərişlər 5 növdür » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Müctəhidlərin verdiyi göstərişlər 5 növdür
 
 » Din » Əhkam » Müctəhidlərin verdiyi göstərişlər 5 növdür

     
 
Din » Əhkam: Müctəhidlərin verdiyi göstərişlər 5 növdür
 
 
Müəllif: Muslim | 15 Oktyabr 2009 | 12436 dəfə oxunub
http://zeka.az/105-m252ct601hidl601rin-verdiyi-g246st601ri351l601r-5.html

1. Vacib: Elə bir əmələ deyilir ki, onun yerinə yetirilməsi lazımdır və əksinə, yerinə yetirilməməsi üçün isə Allah tərəfindən əzab vardır. Məsələn: Namaz, oruc və s.

2. Haram: Elə bir əmələ deyilir ki, onun tərk olunması lazım və əksinə, yerinə yetirilməsində əzab vardır. Məsələn: Yalan danışmaq, qeybət etmək və s.

3. Müstəhəb (savab): Elə bir əmələ deyilir ki, yerinə yetirilməsi məsləhətlidir və savabı vardır. Amma tərk olunsa əzabı yoxdur. Məsələn: Namazdan qabaq azan vermək.

4. Məkruh: Elə bir əmələ deyilir ki, tərk olunması məsləhətdir və əgər yerinə yetirilsə də əzabı yoxdur. Məsələn: Namazda qara paltar geyinmək. 

5. Mübah: Elə bir əmələ deyilir ki, onun yerinə yetirilməsi, yaxud tərk olunması müsavidir (eyni şeydir). Sadə dillə desək, nə əzabı var, nə savabı. Məsələn: Halal olan şeylərin yeyilib-içilməsi.

Əziz oxucularımız! Müctəhidin risaləsində yazılan bütün məsələlər yuxarıda saydığımız beş növə aiddir. Əlbəttə vacib özü də kifayi ya təxyiri, müstəhəbb müəkkəd ya qeyri-müəkkəd və məkruh isə şiddətli ya qeyri-şiddətli və s. növlərə də bölünürlər ki, biz gələcək bəhslərimizdə onlara işarə edəcəyik. Amma ümumi bilməliyik ki, insanın gündəlik etdiyi əməllər ya vacibdir, ya haramdır, ya müstəhəbdir, ya da məkruh. Müctəhidlərimiz də bəzən bizi başa salmaq üçün bu terminlərdən istifadə edirlər. Məsələn: müstəhəbdir insan namazda ağ paltar geyinsin. Yaxud şəkil olan otaqda namaz qılmaq məkruhdur və s. Müqəllid belə cümlələrə rast gələn kimi müstəhəb və məkruh kəlmələrinin mənasını bilməlidir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 1
Qonaq: 11
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.