Şəhidlərimizin qırx mərasimi (Foto) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » Şəhidlərimizin qırx mərasimi (Foto)
 
 » Şəhidlər ölmür » Şəhidlərimizin qırx mərasimi (Foto)

     
 
Şəhidlər ölmür: Şəhidlərimizin qırx mərasimi (Foto)
 
 
Müəllif: Elirza | 14 Oktyabr 2010 | 12686 dəfə oxunub
http://zeka.az/1050-ejhidljrimizin-qdrx-mjrasimi.html

Şəhidlərimizin qırx mərasimi

13 oktyabr 2010-cu il Cəlilabad rayonunda iki şəhidimizin – Fərid Əhmədov və Əhməd Abdullayevin qırx hüzr mərasimi günü idi. Bununla əlaqədar Azərbaycanın müxtəlif yerlərindən – Bakı, Lənkəran, Masallı və Göytəpə rayonundan çox sayda maşın karvanı şəhidlərin hüzr mərasiminə yollanmışdı. Əvvəlcə Şəhid Fəridin evini ziyarət etmiş, sonra isə əllərində Azərbaycanın bayraqlarını tutmuş böyük izdiham mərsiyə deyərək piyada Şəhid Əhmədin evinə yollanmışlar. Mərasim zamanı Quran hafizi hacı Zülfüqar Mikayılzadə maraqlı nitq söyləmiş və Lənkəranın tanınmış ruhanilərindən Elman Ağayev və digər şəxslər də çıxış etmişlər. Bu mərasimdə iştirak edən Şəhid Mübariz İbramovun atası şəhid ailələrinə baş sağlığı verib, səbr diləmişdir. “Şəhid atası olmaq böyük şərəfdir” – demişdir Ağakərim İbrhimov. Tədbir əsnasında şəhidlərə həsr olunmuş şeirlər və mərsiyələr səslənmişdir. Sonda Şəhid Əhməd Abdullayevin qəbri ziyarət olunmuş və ruhuna fatihə oxunmuş, hələ qəbri bəlli olmayan digər iki şəhidimiz – Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədlərinin qaytarılması üçün dualar edilmişdir.

Quran hafizi hacı Zülfüqar Mikayılzadənin maraqlı nitqi
Şəhid Fərid Əhmədovun dayısının çıxışı
Şəhid Mübariz İbrahimovun atasının şəhid ailələrinə diləyi
Şəhidlər haqqında şeirin oxunması
 
İzdihamın Şəhid Fəridgildən Şəhid Əhmədgilə yürüşü
Lənkəran ruhanisi Elman Ağayevin çıxışı
   Şairin şəhidlərə həsr etdiyi şeiri oxuduğu an
Şəhid Əhmədin atası
  Şəhid Əhmədin kiçik oğlu Nihad 
    Mərsiyə oxunarkən
Şəhid Əhmədin qəbrini ziyarət
Məlumatdan istifadə etdikdə istinad zəruridir!




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (14 Oktyabr 2010 14:54)



Qrup: Qonaq
Tarix: --
Allah Rehmet Elesin.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.