Partlamamış hərbi sursatları qazıb götürmək üçün xüsusi sistem-FOTO » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Partlamamış hərbi sursatları qazıb götürmək üçün xüsusi sistem-FOTO
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Partlamamış hərbi sursatları qazıb götürmək üçün xüsusi sistem-FOTO

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Partlamamış hərbi sursatları qazıb götürmək üçün xüsusi sistem-FOTO
 
 
Müəllif: Admin | 15 Oktyabr 2010 | 12176 dəfə oxunub
http://zeka.az/1055-vbozenav-markald-robot-maednlardnda-partlamamde-hjrbi-sursatlard-qazdb-ggtgrmjk-gggn-xgsusi-sistem-quraeddrdldb-foto.html

«Bozena» markalı robot maşınlarında partlamamış hərbi sursatları qazıb götürmək üçün xüsusi sistem quraşdırılıb - FOTO

 Slovakiyanın «Way Industry» şirkəti minatəmizləmə əməliyyatlarında istifadə olunan «Bozena-4» və «Bozena-5» robot maşınlarında partlamamış hərbi sursatları qazıb götürmək üçün xüsusi sistem hazırlayıb.

Bu barədə APA-ya «Bozena»nın ofisindən məlumat verilib.

Bu sistem vasitəsilə robot maşın ərazini qaza, yerin dərinliyində və üzərindəki müxtəlif təyinatlı təhlükəli sursatları götürə bilər. Sistem çöl şəraitində istehkamların qurulması, səngərlərin qazılması üçün də effektivdir.

Sistemin üzərinə operatorların prosesi izləməsi üçün 3 müşahidə kamerası qurulub. Kameralar videosiqnalları 1000 metr məsafədə kontaktsız şəkildə ötürə bilir.

Qeyd edək ki, hazırda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) minatəmizləmə əməliyyatlarında «Bozena» maşınlarından ən çox istifadə edən qurumlardandır. Agentliyin istifadəsində 2 ədəd «Bozena-5» və 3 ədəd «Bozena-4» maşını var. APA

     




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.