Sədası yoxmu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Sədası yoxmu
 
 » İstirahət » Poeziya » Sədası yoxmu

     
 
İstirahət » Poeziya: Sədası yoxmu
 
 
Müəllif: Yegane | 15 Oktyabr 2010 | 12412 dəfə oxunub
http://zeka.az/1056-sjdasd-yoxmu.html

Deyirlər min dərd var, min bir dərmanı

Bəs mənim dərdimin davası yoxmu?!

Ahım ərşə çıxdı, yaxdı dünyanı

Rəhmana yetişən sədası yoxmu?!

 

Ümidim Sənədir Ya Hu, Mədədkar

Yetsin dərgahına ahımın səsi!

Səndən nicat istər bəndən günahkar,

Axı Səndən qeyri yoxdu kimsəsi

 

Əl açıb yalvarram mən dərgahına

Qarşında günahkar qul şərməndədir

Rəhm et, Ey Rəhimli mənim ahıma

Dərdimə əlac et, çarəm Səndədir!

                                Yeganə İlkay





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: haqq (16 Oktyabr 2010 03:48)



Qrup: İstifadəçi
Tarix: 15.10.2010
Yarü dilbər səndən ayru kim, dedi aləmdə var?
Qanı səndən ayru dilbər, qanı səndən özgə yar?

Çün mənə eşqin təriqidir sirati-müstəqim,
Doğrudur həqqim, təriqim, neylər əğyar anda var.

Ey gülüm, gülgün yanağın cənnətin xəndan gülü,
Gəl kim, anın həsrətindən canımı yandırdı xar.

Çıxdı məşriqdən günəş, fəth etdi eşqin rəmzini,
Pərdəsi açıldı hüsnün, dilbər oldu aşikar.

Zağ ilə bir yerdə tuti gərçi yaraşmaz, vəli,
Alamaz təqdir əlindən kimsə, ey yar, ixtiyar.

Din ilə imandurur əhdi-əmanət aşiqin,
Kimdə kim, olmaz əmanət bil kim, oldur əhli-nar.

Aşiqin me’marı həqdir, yapar anın batinin,
Ey evi həqdən yapılmış, sənsən əhli-e’tibar.

Dövləti-didarə bidar uğradı, gərçək mühibb,
Gözləri açuq gərəkdir aşiqin leylü nəhar.

Gərçi ağudur fəraqin şərbəti aşiqlərə,
Eyləməz vəslin şərabın içənə şol ağu kar.

Mə’rifət kəsb eylə, ləhvü lə’bə məşğul olma kim,
Gör nə surət göstərir hər dəm oyunçu ruzigar.

Çün bəqasızdır cahanın mülkü malü dövləti,
Dövləti-Mənsurə yapış, istə ömri-payidar.

Eşq əlindən gəl şərabi-səlsəbilü gövsər iç,
Keç bu meydən kim, çəkərsən ertə rəncindən xumar.

Gül fərağindən gəl, ey bülbül, səbur ol, ağlama,
Qış keçər, xəndan olar gülşən, gələr fəsli-bahar.

Doğru söz doğrar həsudin bağrını şol mənidən,
Münkirə oldu Nəsiminin kəlamı Zulfiqar.


Tərki can derlər bu dərdin mötəbər dərmanına!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.