Qəhvənin maraqlı kəşfi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Qəhvənin maraqlı kəşfi
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Qəhvənin maraqlı kəşfi

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Qəhvənin maraqlı kəşfi
 
 
Müəllif: Zehra | 16 Oktyabr 2010 | 12555 dəfə oxunub
http://zeka.az/1059-qjhvjnin-maraqld-kjefi.html

Qəhvənin maraqlı kəşfi

Qəhvənin kəşfi maraqlı bir təsadüflə bağlıdır. Bir ərəb çobanı görür ki, keçilər bəzi yerlərdə otlayarkən oynaşır, cəld hərəkər edirlər. Keçilərin burada yediyi bitkini və onun yarpaqlarını sonralar həmin bitkinin yetişdiyi Misirin Kaffe şəhərinin adına uyğun olaraq “qovah” adlandırırlar.

Dünyada ilk qəhvəxana 1517-ci ildə İstambulda açılmış və 400 il fəaliyyət göstərmişdir. Avropada isə ilk qəhvəxana 1592-ci ildə Venesiyada açılıb.

Qəhvə meydana çıxdığı gündən özünə həm tərəfdarlar, həm də əleyhdarlar qazanmışdır.1664-cü ildə Marsel şəhərinin küçələrində qadınların nümayişi olmuşdur. Nümayiş bütün gününü qəhvəxanalarda keçirib evinə gec gələn ərlərə qarşı edilmişdir. Qəzetlər yazırdı ki, Marseldə doğum səviyyəsinin aşağı düşməsinin əsas səbəbkarı qəhvədir.

Həkimlər içində də qəhvənin fanatikləri az olmamışdır. XVII əsrdə saray həkimi Buntekux (İtaliya) qəhvənin müalicəvi əhəmiyyətini ”kəşf” edərək xəstələrinə gündə əlli fincan qəhvə içməyi “məsləhət” görübdür. Gündə aşağısı 3 fincan, yuxarısı isə 33 fincan qəhvə içmək romalıların norması hesab edilir.

XVIII əsrin əvvəlində İsveç kralı Qustav bu məsələni öyrənmək üçün “populyar” tədqiqat üsulu – eksperimentdən istifadə etmişdir. O, çayın, yoxsa qəhvənin daha çox ziyanlı olmasını öyrənmək qərarına gəlmişdir. O zamanlar İsveçdə iki əkiz qardaş ölüm cəzasına məhkum edilmişdi. Kral Qustav bu cəzanı ömürlük həbs cəzası ilə əvəz edir. Bu şərtlə ki, qardaşlardan biri hər gün çoxlu miqdarda qəhvə, o biri isə çay içsin. Eksperiment çox uzun çəkir, kral özü bunun sonunu gözləyə bilməyib vəfat edir. Çay içən məhbus 83 il, qəhvə içən məhbus isə 88 il yaşayır. Beləliklə, mübahisə sona çatır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (17 Oktyabr 2010 17:15)



Qrup: Qonaq
Tarix: --
cox maraglıdır.men cayıda kahveyide cox xoşlayıram.demekki uzun yaşayacam love[i][/i]
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.