İslam dünyasında matəm » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » İslam dünyasında matəm
 
 » Xəbərlər » Əlamətdar günlər » İslam dünyasında matəm

     
 
Xəbərlər » Əlamətdar günlər: İslam dünyasında matəm
 
 
Müəllif: Muslim | 15 Oktyabr 2009 | 12753 dəfə oxunub
http://zeka.az/106-304slam-d252nyas305nda-mat601m.html

Bütün elmi sahələrdə yüksək nailiyyətlərlə tanınmış insanlar, yaxud dinindən, məzhəbindən və əqidəsindən asılı olmayaraq, hamının haqqında qiymətli təriflər demiş olduğu elm adamları çox nadirdir.

Peyğəmbərimizin (s) pak Əhli-beyti (ə) dediyimizə bariz nümunələrdəndir. Onlar sağlıqlarında hədsiz əziyyətlərə və hücumlara məruz qalmalarına baxmayaraq, elə yaşayıblar ki, həm sağlıqda, həm öləndən sonra da dillər əzbəri olmuş, hətta düşmənləri belə onları mədh etmişdir.

Peyğəmbərimizin (s) Əhli-beytinin (ə) altıncı parlaq ulduzu İmam Sadiq (ə) belə insanlardandır. Biz sözümüzü çox uzatmayıb, onun haqqında İslam dünyasında və qeyri-İslam dünyasında deyilənləri diqqətinizə çatdırırıq. Əlbəttə ki, əziz oxucular! O İmam haqqında ən gözəl tərifi Allah və onun Peyğəmbəri verməyə daha layiqdir, amma biz məqaləmizdə İmamın şəxsiyyətini İslam və qeyri-İslam dünyasında olan şəxsiyyətlər tərəfindən araşdıracağıq:

1. İslam dünyasında:

        a) Əbu-Hənifə Noman İbni-Sabit Kufi: “Cəfər İbni-Məhəmməddən savadlısını görməmişəm” (Təzkilətul-Huffaz, Zəhəbi c.1, s.166);  “Onun yanında oxuduğum 2 il olmasaydı, həlak olardım” (Ət-Tuhfətul-isna əşəriyyə s.8).

b) Malik İbni-Ənəs: “Elmdə, ibadətdə və təqvada Cəfər İbni Muhəmməd kimisini heç bir göz görməyib, qulaq eşitməyib, qəlb hiss etməyib” (Əl-Məcalisus-Səniyyə, Ət-Tavəssul vəl-vəsiylə İbni-Teymiyyə s.52).

d) Kəmaləddin Muhəmməd İbni Təlhə Şafei: “Cəfər İbn Muhəmməd çoxlu elmlərə sahib idi... Süfyani, İbni Cüreyh və Malik İbni Ənəs kimi böyük alimlər onun elmindən faydalar götürmüşlər” (Mətalibus-suul c.1, s.55).

c) Əbdül-həyy İbnul-İmad Hənbəli: “Nübuvvət sülaləsinin İmamıdır... Şagirdi Cabir İbni-Həyyan Ondan nəql edərək (Kimya elminin banisi) 1000 vərəqli kitab yazmışdır ki, 500 rüsalədir.”(Şəzəratuz-Zəhəb c.1, s.220)

Qeyd etməliyik ki, Əbu-Hənifə və Malik İbni Ənəs İslam dünyasının ən böyük məzhəb banilərindəndirlər.

2. Qeyri-İslam dünyasından (başqa dinlərdən) olanlar:

a) Betros Məsihi (Xristian): “Cəfər İbni Məhəmmədin fəziləti çox böyükdür ki, Sadiq ləqəbini almışdır. Onun kimya elmində məqalələri vardır. Şagirdi Cabir İbni Həyyan ondan 1000 vərəq sayında risalələr təlif etmişdir. O, təqvalı bir ədib, həkim bir dindar idi.” (Dairatul-Maarif, yəni bu alimin yazdığı ensiklopediya c.6, s.468)

b) Fransanın Strasburq şəhərinin 25 alimi “Şiə dünyasının düşünən beyinləri” adlı kitabında geniş surətdə İmam Cəfər Sadiqin (ə) elmi nəzəriyyələrini araşdırmışlar. Biz burada o 25 alimin adını ixtisara görə çəkməir və oxucularımızı o kitabı oxumağa dəvət edirik. Əlbəttə oxucularımız diqqətli olmalıdırlar, çünki o kitabda müəyyən nöqsanlar da vardır ki, bu da o tədqiqatçı alimlərin İmama İmam gözü ilə deyil, sırf elmi bir şəxs kimi baxdıqlarından irəli gəlir. Hər halda bu kitabın nöqsanları ilə yanaşı faydalı yönləri də vardır.

3.Düşmənləri:

a) Abbasi xəlifəsi Mənsur Dəvaniqi: “O, xeyir işlərdə öndə gedənlərdəndir. Hər vaxt elmindən istifadə edirik, ona daha da yaxınlaşırıq və kor-qaranlıqdan nura tərəf yaxınlaşırıq” (Əl-mənaqib c.2, s.302). Belə zalım hakimin o İmama (ə) zülm etməsinə baxmayaraq, İmamın günəşdən aşkar olan fəzilətinin müqabilində belə bir söz deməsi labüddür, çünki İmamlarımızın düşmənləri heç vaxt onların üstün məqamına görə onlarla aşkar düşmənçilik edə bilmirdilər. Ona görə də bəzən haqqı etiraf edirdilər.

b). İbni-Əbil Auca (İmamın dövrünün ən böyük ateist-allahsızlarından) idi. O, dəfələrlə İmamla elmi mühazirələr edər və hər dəfə də məğlub olaraq, İmam barəsində bəzi təriflər deyərdi. Bir gün də İmama işarə edərək, belə dedi: “Əgər dünyada istədiyi vaxt cəsəd (bədən) şəklində, istədiyi vaxt isə ruh şəklində cilvələnmək istəyən bir şəxs olsa o budur, başqa bəşər deyil” (Əl-İmamus-Sadi, Əsəd Heydər c.1, s.54).





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.