Yuxarı mərtəbələrdə yaşayan sakinlər daha sürətlə qocalırlar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yuxarı mərtəbələrdə yaşayan sakinlər daha sürətlə qocalırlar
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yuxarı mərtəbələrdə yaşayan sakinlər daha sürətlə qocalırlar

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Yuxarı mərtəbələrdə yaşayan sakinlər daha sürətlə qocalırlar
 
 
Müəllif: Zehra | 17 Oktyabr 2010 | 17771 dəfə oxunub
http://zeka.az/1062-yuxard-mjrtjbjljrdj-yaeayan-sakinljr-daha-sgrjtlj-qocaldrlar.html

Yuxarı mərtəbələrdə yaşayan sakinlər daha sürətlə qocalırlar

İlk əvvəl insan təsəvvür belə etməz ki, bir kitabda bütün möcüzələri yerləşdirmək olar. Bütün dünya elmləri bir ilahi kitabda – Qurani-Kərimdə toplanıb. Quran bir zaman, bir məkan deyil, qiyamətə qədər öz möcüzələri ilə bizi heyran edəcəkdir. XX əsrin ən böyük kəşfi nədir? Əlbəttə ki, Eynşteynin nisbilik nəzəriyyəsi – hansı ki, Quranda 1400 il əvvəl açıq-aydın bir dəlillə verilmişdir.

Zamanın nisbiliyi mövzusu bu gün tam sübut edilmiş elmi bir həqiqətdir. Ancaq bu həqiqət XX əsrin əvvəllərində Albert Eynşteynin nisbilik ifadəsi ilə ortaya çıxıb. O dövrə qədər insanlar zamanın nisbiliyinin bir nəzəriyyə olduğunu, şəraitə görə dəyişkənlik göstərə biləcəyini bilmirdilər. Ancaq məşhur alim Albert Eynşteyn zamanın nisbiliyi nəzəriyyəsi ilə bu həqiqəti aydın şəkildə sübut etdi.

"...Rəbbinin dərgahında bir gün sizin saydıqlarınızın min ili kimidir!" ("Həcc" surəsi,2247)

"O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona yüksələr."("Səcdə"surəsi,32/5)

"Mələklər və Ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar." ("Məaric"surəsi,70/4)

610-cu ildən etibarən göndərilməyə başlanan Quranda zamanın nisbiliyindən bu cür aydın şəkildə bəhs edilməsi onun ilahi bir kitab olduğunun başqa bir sübutudur.

İndi isə nisbilik nəzəriyyəsinin elmi təsdiqi

Yuxarı mərtəbələrdə yaşayan sakinlər daha sürətlə qocalırlar: Eynşteynin nisbilik nəzəriyyəsi öz təsdiqini tapdı.

Alimlər bir daha əmin oldular: Albert Eynşteynin nisbilik nəzəriyyəsi işləyir.

Yeni nəslin olduqca dəqiq atom saatının istifadəsiylə sınaqlar nümayiş etdirdi ki, pilləkənin hətta bir pilləsini qalxan insan daha sürətlə qocalır.  Bu fenomen haqqında daha ətraflı "Pravde.Ru" saytına fizika-riyaziyyat elmlərinin namizədi Vladimir Kostromin danışdı.

Hələ keçən əsrin əvvəllərində Albert Eynşteyn nisbilik nəzəriyyəsi çərçivəsində irəli sürmüşdür ki, "Cazibə"("Qravitasiya") qanunu zamanın gedişinə təsir göstərir: zamanı ya sürətləndirir və ya onu yubadır. Yaxın vaxtlarda Standartlar və Texnologiya Milli İnstitutunun (National Institute of Standards and Technology, Colorado) amerika fizikləri əmin oldu ki, dahi alimlər tərəfindən hazırlanmış məkan və zaman nisbilik prinsipləri insan üçün adət edilmiş fiziki vahidlərin miqyaslarında da yerinə yetirilir.

Aydınlaşdırmağa kömək edən sınaqlardan birində, yeni nəslin olduqca dəqiq atom saatının gedişinin müqayisəsi qoşuldu (gediş xətası – saniyədə 3,7 milyard il), hansı ki, onlardan biri Yer kürəsində, ikincisi isə raketin köməyi ilə Yer ətrafında kosmik fəzaya göndərilmiş, sonra Yer kürəsinə qayıtmışlar. Belə saatın gedişat fərqi cazibə gücünə görə, müxtəlif sahələrdə yerləşən Yer kürəsinin 10 min kilometr maksimal məsafəsində saniyənin 400 trilyonluq hissəsini təşkil etmişdir.

" Kosmik səyahətin effekti təkrar hasil edildiyi zaman, nisbilik nəzəriyyəsinin diktə etdiyi kimi: atom saatı daha yavaş getməyə başladı", – "Science" jurnalında dərc edilmiş məqalədə tədqiqatçılar bildirirlər.

Atom saatının köməyi ilə alimlər həmçinin "Əkizlər paradoksunu"– Eynşteynin Kosmik səyahətə çıxan əkiz qardaşın Yer kürəsində qalan qardaşından daha yavaş qocalacağını xəbər verən şərti sınağaını təsdiq etdilər.

Baxmayaraq ki, axının sürətində aşkar edilmiş fərq yalnız bir neçə femtosaniyə ilə (saniyə hissələriylə, milyardlarca hissənin milyonluq hissələrini təşkil edənlərlə) ifadə edilir, onun doğru təyin edilmiş mövcudluğu Eynşteynin haqlı olmasına xudmət edən daha bir təsdiqdir.

Sonra alim Ceyms Çin-Ven Çou (James Chin-Wen Chou) və onun Standartlar və Texnologiya Milli İnstitutundan olan kolleqası iki ən dəqiq atom saatının modelini götürüb, onları sinxronlaşdırdılar və göydələnin mərtəbələri ilə qaldırdılar. Alimlər hər iki saatla da müşahidə edərək dəniz səviyyəsindən yuxarı hündürlükdəki fərqin yalnız bir futu təşkil etdiyini aşkar etdilər: Daha çox hündürə (yuxarı) qalxdıqca, vaxt daha sürətlə gedir. Təqribən, hər mərtəbə onu sürətləndirirdi. Nəinki mərtəbə, hətta hər pillə həyatdan 90 milyardıncı saniyənin hissəsini alırdı.

Ceyms Çin-Ven Çounun sözlərinə görə, tutaq ki, Empire State Building göydələninin 102-ci mərtəbəsində yaşayan insan, 79 illik həyat üçün birinci mərtəbədə yaşayan öz əkiz qardaşından 104 milyonluq saniyənin hissəsində daha yaşlı olacaq.

Beləliklə, sınaq göstərdi ki, çoxmərtəbəli evin ikinci mərtəbəsində yaşayan insanın həyat sürmə zamanı endirilmiş qravitasiyanın (cazibənin) effektinə görə, birinci mərtəbədə yaşayanla müqayisədə bir az daha sürətlə axır. Analojıdır, nəqliyyatda səhərlər işə tələsən insan sürətdə fərqə görə, piyada gəzməyi üstün tutan kolleqasından daha yavaş qocalır.

“Belə çıxır ki, pilləkənin bircə pilləsini qalxaraq siz daha sürətlə qocalacaqsınız”, –"Bizə Kelvin (ölçü vahidi) haqqında danışmaq lazımdır" elmi-kütləvi bestsellerin müəllifi alim Markus Çoun nəticələrini şərh edir. "Sınaqlar aşağıdakıları göstərdi: Daha çox  yaşamaq istəyirsinizsə birmərtəbəli ev alın", –  Çoun deyir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.