Həkim Ramazan İbn Şeyx Əli Lənkərani » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Həkim Ramazan İbn Şeyx Əli Lənkərani
 
 » Elm və mədəniyyət » Dahilər » Həkim Ramazan İbn Şeyx Əli Lənkərani

     
 
Elm və mədəniyyət » Dahilər: Həkim Ramazan İbn Şeyx Əli Lənkərani
 
 
Müəllif: Zehra | 19 Oktyabr 2010 | 12809 dəfə oxunub
http://zeka.az/1069-hjkim-ramazan-dbn-eeyx-zhli-ljnkjrani.html

Həkim Ramazan İbn Şeyx Əli Lənkərani

Məşhur alim-Həkim Ramazan İbn Şeyx Əli Lənkərani öz dövrünə görə orijinal tibbi görüşləri əks etdirən "Fərruxnamə Camali" adlı risalənin müəllifidir.

 Lənkərani haqqında bioqrafik məlumatlar saxlanmamışdır. Bircə o məlumdur ki, Ramazan Lənkərani Lənkəranda tanınmış ilahiyyatçı ailəsində doğulub. Onun "Fərruxnamə Camali" adlı tibb risaləsi İ.K.Əfəndiyev tərəfindən təhlil edilmişdir. Bu əsər 1409-cu ildə ərəb dilində yazılıb. 1594-cü ildə tanınmış lənkəranlı həkim Məhub Əli İbn Əhmədi Lənkərani həmyerlisinin həmin əsərini fars dilinə tərcümə etmişdir. Tərcüməçilik fəaliyyəti ilə məşhur olan Əli Nəqi adlı bir şəxs əsərin əlyazmasını saxlamışdır. "Fərruxnamə Camali" əsərində başlıca olaraq, təbabət təcrübəsində istifadə olunan üsullar, üzvi və qeyri-üzvi maddələrin orqanizmə tə'siri haqda danışılır, diaqnostika üzrə qısa məsləhətlər verilir. Əfəndiyevin qeyd etdiyi kimi, birinci fəsildə Ramazan Şeyx Əli Lənkərani süd, ilik, mədə, qara ciyər və böyrəyin mualicəvi təsirindən danışır, bədən üzvlərinin terapiyasından bəhs edir. Özü də bu zaman o, müxtəlif heyvan və quşların ayrı-ayrı orqanlarının müalicəvi təsirini fərqləndirir. İkinci fəsildə bitkilərdən düzəldilən dərmanlar sadalanır. Burada müəllifin yeniliyi yabanı bitkilərin özlərindən daha artıq onların köklərindən dəmlənmiş mayelərə üstünlük verməsidir. Üçüncü fəsildə xalq təbabətində mühüm yer tutan mineral müalicə vasitələrinin icmalı verilir.Tərcüməçi və şərh ustası kimi bu əsərdən nəticə çıxaran Məhub Əli İbn Əhməd Lənkərkarani sonradan təbabətə dair ədəbiyyatda "Azərbaycan palçığı" adlandırılan auripiqmentdən ilk dəfə bədəndəki tükləri çıxarmaqdan ötrü istifadə edir. O, həmçinin çoxdan yaddan çıxmış Azərbaycan sabununu – gilabini də yenidən məişətə qaytarır. Bunlar uzun zaman xaricə ixrac olunmuş və ticarətdə böyük səmərə vermişdir. Qeyd etmək lazımdır ki, auripiqment hələ Atropatena dövründən məlum olsa da müstəsna olaraq, dəri-zöhrəvi xəstəliklər sahəsində istifadə olunurdu, gilabi isə təbii sabun sayılaraq, gigiyenik əhəmiyyət daşıyırdı."





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zeyneb (21 Oktyabr 2010 12:31)



Qrup: Jurnalist
Tarix: 29.10.2009
teşekkür
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.