Qeybət və yalanın mənfi təsirləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Qeybət və yalanın mənfi təsirləri
 
 » Din » Əxlaq » Qeybət və yalanın mənfi təsirləri

     
 
Din » Əxlaq: Qeybət və yalanın mənfi təsirləri
 
 
Müəllif: Zaur | 16 Oktyabr 2009 | 12903 dəfə oxunub
http://zeka.az/107-qeyb601t-v601-yalan305n-m601nfi-t601sirl601ri.html
alt

Qeybət  hər şeydən əvvəl insanın mənəviyyatına mənfi təsir edir. Əxlaqi dəyərlərə heç bir əhəmiyyət verməyən şəxslər başqalarının eyib və nöqsanlarını ifşa etməklə onların qəlbini qırır və mənəvi zərbə vururlar.

Qeybət fəzilət sarayını viran edir və çox tez bir zamanda bütün insani dəyərləri tənəzzülə uğradır. Bir sözlə, sağlam təfəkkürü dəyişdirərək insanı sərbəst düşünüb danışmaqdan məhrum edir.

Əxlaq alimləri qeybətə səbəb olan bir neçə mühüm amilə işarə etmişlər ki, bu da həsəd, qəzəb, özünüsevərlik və bədgümanlıqdan ibarətdir. Yəni insan qeybəti kiminsə həsədini çəkdikdə, yaxud kiməsə qəzəbləndikdə və ya özünü başqalarından üstün görüb, digərləri haqqında bədgümanlıq etdikdə edir.

Bu sifətlərin müalicəsi isə iradəni gücləndirmək və tək olan Allahı tanımaqdır.

Qurani-Kərim kiçik və olduqca məzmunlu bir ibarətlə qeybətin mahiyyətini bəyan edərək buyurur:

“Sizdən biriniz ölmüş qardaşınızın ətini yeməyə razı olarmı?”

İnsan ölmüş heyvanın ətini haram bilib yemədiyi kimi, onun ağıl və şüuru da qeybətin çirkinliyini dərk edib ondan uzaq olmalıdır. Beləliklə, qeybət etmək və oturub ona qulaq asmaq haramdır. Peyğəmbər (s) buyurur: “Əgər iştirak etdiyiniz məclisdə kiminsə pisliyinə danışarlarsa, onu müdafiə edib həmin şəxsləri bu işlərdən çəkindirməyə çalışın”. Başqa bir hədisdə deyilir:

“Qeybəti olunan şəxsi razı salınmayınca, onun qeybətini edən şəxslərin qırx gün namaz və orucları qəbul olunmaz. Ramazan ayında qeybət edən şəxslər isə tutduqları oruca görə heç bir savab qazanmazlar”.

Həqiqi müsəlman barəsində isə buyurulur: “Müsəlman o kəsdir ki, sair müsəlmanlar onun əlindən və dilindən amanda qalsınlar”.

YALAN BARƏSİNDƏ

Yalanın vurduğu zərərlər barəsində deyilir:

Düz danışan nə qədər gözəl və xeyirlidirsə, yalan danışan da o qədər zərərli və xoşa gəlməzdir. Əgər dil yalan danışmağa adət edərsə, viranedici tufangər insanın şəxsiyyətinə ağır zərbə vurub onun şərəf sarayını qarət və yerlə yeksan edər.

Yalan insanda xəyanət və nadanlıq ruhiyyəsini gücləndirir və vicdan alovunu onun qəlbində söndürür. “Nəhl” surəsinin 105-ci ayəsində Qurani-Kərimin yalana olan mənfi münasibəti belə bəyan edilir: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar”.

Peyğmbər (s) buyurur: “Sizləri düz danışmağa tövsiyə edirəm. Bu bir həqiqətdir ki, düzlük insanı xeyirxahlığa, xeyirahlıq isə insanı cənnətə qovuşdurar”. Yalnız həqiqəti deyib, həqiqəti axtaran şəxslər Allah-Taalanın nəzərində düz danışanlardan hesab olunurlar. Yalançı şəxslərin ən bariz xüsusiyyətlərindən biri də başqalarının dediklərinə heç inanmamalarıdır. Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir: “Düz danışan şəxslər başqalarının dediklərinə tez inanar, yalançı şəxslər isə başqalarını da yalançı hesab edərlər”.

Raymon Piç deyir:

“Yalan bacarıqsız insanların ən gözəl müdafiə və təhlükədən qorunma vasitəsidir”.

Əli (ə) buyurur: “Düz danışan şəxslər üç şeyi əldə edərlər: camaatın etimadını qazanarlar, onu səmimi dost kimi qəbul edər və qəlblərində onun böyüklüyünə yer verərlər”.

İmam Sadiq (ə) buyurur: “Bəzilərinin çoxlu namaz qılıb oruc tutmalarına aldanmayın.  Çünki  ola bilsin ki, onlar buna vərdiş etsin və vərdiş etdikləri şeydən əl çəkmək onlar üçün çətin olsun. İnsanları əmanətə vəfadar olmaları və düz danışmaları ilə sınayıb bir-birləri ilə müqayisə edin”.

Yenə Əli (ə) buyurur: “İnsan üçün ən pis xüsusiyyət yalan danışmaqdır”.

Bir gün bir şəxs Peyğəmbərdən (s) xahiş edir ki, ona tövsiyə etsin. Peyğəmbər (s) buyurur: “Hər zaman həqiqəti de və yalandan uzaq ol!”

Deməli, din və dünya baxımından yalanın qoyduğu mənfi təsirləri araşdırmaq şüurlu insanlar üçün ən böyük ibrət və həyat dərsidir. Həqiqi kamal isə iman və əxlaq sayəsində təcəlli tapır, həqiqi kamal olmayan yerdə isə nə sitayiş olar, nə də səadət.  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.