Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcək
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcək

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcək
 
 
Müəllif: Carchi | 23 Oktyabr 2010 | 12240 dəfə oxunub
http://zeka.az/1074-glkjmizdj-ilk-djfj-olaraq-vgjnc-alimljrin-i-respublika-dnnovativ-ddeya-yarmarkasdv-kegiriljcjk.html

Ölkəmizdə ilk dəfə olaraq “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” keçiriləcək

18-23 noyabr 2010-cu il tarixlərində AR Gənclər və İdman Nazirliyi, AMEA Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” keçiriləcək.

Yarmarkada AMEA institutlarında, eləcə də ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar iştirak edəcəklər.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun gənc alim və tədqiqatçıları da sözügedən tədbirdə elmi məqalə, tezis və təqdimatla iştirak edərək öz bacarıqlarını nümayiş etdirəcəklər.

Tədbirdə “Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın stimullaşdırılması və təkrar istehsalı” mövzusunda konfrans, “Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri” adlı gənc alim və tədqiqatçıların workshop-u keçiriləcək.

Yarmarkada “Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları” və “Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya mübadiləsi işinin təşkili” mövzusunda seminarlar da təşkil olunacaq.

“Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları” mövzusunda keçiriləcək dəyirmi masada gənc alimlər innovativ ideyaların iqtisadiyyata müsbət təsirindən söhbət açacaqlar.

Tədbirdə, həmçinin “Bilik iqtisadiyyatına doğru!” – ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata tətbiq imkanlarını artırmaq məqsədilə gənc alim və tədqiqatçılar arasında I Biznes Planlar Müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.

Sonda yüksək intellekt və bacarıq nümayiş etdirən gənclər qalib seçilərək mükafatlandırılacaqlar. Science.gov.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 9
Robot: 4
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.