İlk dəfə olaraq kitabxanalar və kitabxanaçılar üçün müsabiqə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İlk dəfə olaraq kitabxanalar və kitabxanaçılar üçün müsabiqə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İlk dəfə olaraq kitabxanalar və kitabxanaçılar üçün müsabiqə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İlk dəfə olaraq kitabxanalar və kitabxanaçılar üçün müsabiqə
 
 
Müəllif: Carchi | 25 Oktyabr 2010 | 12315 dəfə oxunub
http://zeka.az/1078-dlk-djfj-olaraq-kitabxanalar-vj-kitabxanagdlar-gggn-mgsabiqj.html

Azərbaycanda ilk dəfə olaraq kitabxanalar və kitabxanaçılar üçün müsabiqə keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.5.8. bəndinin icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İlin kitabxanası” baxış-müsabiqəsi və “İlin kitabxanaçısı” respublika müsabiqəsi keçiriləcəkdir.

“İlin kitabxanası” baxış-müsabiqəsi və “İlin kitabxanaçısı” respublika müsabiqəsi haqqında əsasnamələr Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Əsasnamələr nazirliyin veb-saytının “Elanlar” bölməsində yerləşdiriləcəkdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, “İlin kitabxanası” baxış-müsabiqəsinin məqsəd və vəzifələri şəhərin, rayonun, kəndin həyatında kitabxanaların rolunun artırılması, ölkədə kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi, kitabxanaçı peşəsinə və bütövlükdə kitabxanaların fəaliyyətinə ictimaiyyətin və hakimiyyət orqanlarının diqqətinin cəlb edilməsidir.

“İlin kitabxanası” baxış-müsabiqəsində şəhər (rayon) mərkəzi kitabxanası, uşaq kitabxanası, kənd kitabxana filialı nominasiyaları mövcuddur.

“İlin kitabxanaçısı” respublika müsabiqəsinin əsas məqsəd və vəzifələri isə ictimai şüurda kitabxanaların mədəniyyət və təhsil sisteminin ayrılmaz tərkib hissəsi olması haqqında təsəvvürün formalaşdırılması, kitabxana işçilərinin öz imkanlarını reallaşdırması, onların yaradıcılıq potensialının üzə çıxarılması üçün şərait yaradılması, habelə kitabxanaçı peşəsinin nüfuzunun artırılması və s. məsələlərdir.

Müsabiqələrin qalibləri Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, pul mükafatları ilə təltif ediləcək, habelə kitabxana-informasiya sahəsində keçirilən beynəlxalq Krım və Anapa konfranslarının iştirakçısı olmaq hüququ qazanacaqlar. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 1
Qonaq: 12
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.