İtaliyada mini-yubkaya qadağa » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İtaliyada mini-yubkaya qadağa
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İtaliyada mini-yubkaya qadağa

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İtaliyada mini-yubkaya qadağa
 
 
Müəllif: Carchi | 26 Oktyabr 2010 | 12131 dəfə oxunub
http://zeka.az/1080-dtaliyada-mini-yubkaya-qadada.html

İtaliyada mini-yubkaya qadağa

Katellamare-di-Stabia şəhərində dar cinslə gəzmək də mümkün olmayacaq

İctimai əxlaq standartlarını yüksəltmək üçün İtaliyanın cənubundakı Katellamare-di-Stabia kurort şəhərində qısa yubkaların və digər açıq-saçıq paltarların geyilməsinə qadağa qoyulacaq. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, sağ-mərkəz yönümlü Xalq Azadlığı Partiyasının təmsilçisi olan şəhərin meri Luici Bobbio deyib ki, onun məqsədi vulqar açıq-saçıqlıqdan, yaxud özünü pis aparanlardan insanların canını qurtarmaqdır.

Mer bildirib ki, yeni qaydalar şəhər etikasının bərpasına və vətəndaş cəmiyyətinə kömək edəcək. Luici Bobbionun əsas şüarı odur ki, hədsiz açıq-saçıqlıq lazım deyil. Belə görünür ki, şəhər meri tək qısa yubkalara deyil, dar cinslərə də qadağa qoymaq barədə fikirləşir.

Katellamare-di-Stabia şəhərində çimərlikdən kənar özünü günəşə vermək, ictimai yerdə futbol oynamaq, küfr danışmaq da qadağan olunacaq. Bu qaydaları pozanı isə 25-500 avro aralığında cərimə gözləyir.

Din adamları da bu qadağaları səbirsizliklə gözləyirlər. Şəhər kilsəsinin nümayəndəsi don Paul Çeçere deyib ki, bu, həm də seksual kələklərlə bağlı artan problemlərlə mübarizə yoludur.  LENT.AZ





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.