Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ingilis dilində nəşr edilmişdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ingilis dilində nəşr edilmişdir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ingilis dilində nəşr edilmişdir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ingilis dilində nəşr edilmişdir
 
 
Müəllif: Carchi | 27 Oktyabr 2010 | 12653 dəfə oxunub
http://zeka.az/1082-abbasqulu-ada-bakdxanovun-vgglgstani-drjmv-jsjri-ingilis-dilindj-njer-edilmiedir.html

Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ingilis dilində nəşr edilmişdir

Azərbaycan şairi, filosofu və tarixçisi Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilmişdir.

A.Bakıxanovun farsca yazdığı və Azərbaycan tarixinə aid ilk ayrıca kitab sayılan “Gülüstani-İrəm”i ingilis dilinə Villem Flur və Həsən Cavadi tərcümə etmişlər.

Kitab A.Bakıxanovun həyat və yaradıcılığı haqda geniş təqdimatla başlayır. “Gülüstani-İrəm”in ingilis dilinə tərcüməsi dünyada kitab satışı üzrə ən böyük on-line şəbəkə olan "Amazon"da da satılır.

Əslən Təbrizdən olan Həsən Cavadi ingilis və fars dilləri mütəxəssisidir. O, Kembric Universitetində ingilis dili üzrə doktorluq dərəcəsi almışdır. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan H.Cavadi Mirzə Fətəli Axundovun bəzi əsərlərini də ingilis dilinə çevirmişdir. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.