“Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi konfrans » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi konfrans
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi konfrans

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi konfrans
 
 
Müəllif: Carchi | 28 Oktyabr 2010 | 12944 dəfə oxunub
http://zeka.az/1086-vantik-vj-orta-jsr-azjrbaycan-ejhjrljri-arxeoloji-irsi-tarixi-vj-memarldddv-mgvzusunda-elmi-konfrans.html

 “Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi konfrans 

27 oktyabr 2010-cu il tarixdə Şəmkirdə AR Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Şəmkir Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsinə əsasən “Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi konfrans öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə AMEA prezidenti akademik Mahmud Kərimov açaraq qədim və orta əsrlər tarixində Azərbaycan şəhərlərinin mühüm istehsal, mədəni, intellektual potensialının cəmləşdiyi və mütərəqqi inkişafını təmin edən mərkəzlər olduğunu diqqətə çatdırmış, xalqımızın zəngin mədəni irsinin, tarixinin üzə çıxarılmasında, yazılmasında, təbliğində bu şəhərlərin arxeoloji irsinin, tarixinin və memarlığının dərindən araşdırılmasının aktuallığını nəzərə çatdırmışdır. Son illər ölkə prezidentinin diqqət və qayğısı hesabına ölkənin müxtəlif bölgələrində arxeoloji tədqiqatların genişləndirildiyini söyləyən M.Kərimov təkcə son 3 il ərzində dövlət tərəfindən bu işlər üçün ayrılan vəsaitlər hesabına respublikanın müxtəlif bölgələrində 40 mindən artıq maddi mədəniyyət nümunəsinin aşkar olunduğunu qeyd etmişdir.

Konfransın plenar iclasında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Şəmkir orta əsr ərəb mənbələrində”, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan qədim şəhərlər diyarıdır”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova “Azərbaycanın antik və orta əsr şəhərlərinin arxeoloji tədqiqinin nəticələri və perspektivləri”, tarixçı-alim Şahin Fərzəliyev “Şəki XIII əsrin sonu, XIV əsrin əvvəllərində”, tarix elmləri doktorları Ömər Davudov (Dağıstan) “Dağıstanın Alban dövrü yaşayış yerləri”, Quram Marxulia (Gürcüstan) “Azərbaycan şəhəri İrəvan və ya tarixi “Erevats”, “Ereuni”, “Erivan”, “Yerevan” Azərbaycana məxsusdur, yoxsa ermənilərə?” mövzularında məruzələrlə çıxış etmişlər.

Sonra konfrans iştirakçıları orta əsr Şəmkir şəhərinin yerində arxeoloji qazıntılar aparılan əraziyə getmiş və aşkar olunan şəhər qalıqları ilə tanış olmuşlar.

Qeyd edək ki, 2 gün davam edəcək konfrans öz işini Şəmkir və Gədəbəydə arxeologiya, tarix və memarlıq bölmələri üzrə davam etdirəcəkdir. www.science.gov.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (30 Oktyabr 2010 18:08)



Qrup: Qonaq
Tarix: --
Azərbaycan şəhəri İrəvan və ya tarixi “Erevats”, “Ereuni”, “Erivan”, “Yerevan” Azərbaycana məxsusdur, yoxsa ermənilərə?” Daha bütün tarixi kitaplarda yazırki buralar azerbaycanın olup.Bilen bilir,lakin işlerine gelmir kimsenin.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.