İndoneziyada vulkan püskürmüş, sunami tüğyan edir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İndoneziyada vulkan püskürmüş, sunami tüğyan edir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İndoneziyada vulkan püskürmüş, sunami tüğyan edir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İndoneziyada vulkan püskürmüş, sunami tüğyan edir
 
 
Müəllif: Carchi | 29 Oktyabr 2010 | 12251 dəfə oxunub
http://zeka.az/1087-dndoneziyada-vulkan-pgskgrmge-sunami-tgdyan-edir.html

İndoneziyada vulkan püskürmüş, sunami tüğyan edir

İndoneziyada Merapi vulkanının püskürməsi nəticəsində, çox sayda insan həlak olmuşdur. Vulkan Yava adasında yerləşir. Oktyabrın 26-da axşam Merape vulkanı fəallaşmışdır. Ölkənin hakimiyyət orqanları vulkanın yaxınlığındakı kəndlərdən əhalini təhlükəsiz yerlərə köçürməyə başlamışlar.

1994-cü ildə bu vulkanın püskürməsi 60 nəfərin həyatı bahasına başa gəlmiş, 1930-cu ildə isə vulkanın püskürməsi nəticəsində 1300 nəfər həlak olmuşdur. İndoneziyanın Sumatra adasının qərb sahillərini güclü sunaminin bürüməsi nəticəsində ölənlərin sayı artmaqda davam edir. Rixter şkalası üzrə 7,7 bal gücündə zəlzələnin yaratdığı sunami adadakı 10-dan çox kəndi yuyub aparmışdır.

Axtarış və xilasetmə əməliyyatlarına havanın pisləşməsi mane olur. Leysan yağışlar fəlakət rayonuna vertolyotların enməsinə mane olur. Xilasedici qayıqlar liman dağıldığına görə adaya yan ala bilmir.

Frans press agentliyi İndoneziya hakimiyyət orqanlarına istinadla xəbər verir ki, İndoneziyada sunami qurbanlarının sayı 394 nəfərə çatmışdır. 332 nəfər itkin düşmüş hesab edilir.AzərTac





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.