Şəxsi fərqlər (fərdi xüsusiyyətlər) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Şəxsi fərqlər (fərdi xüsusiyyətlər)
 
 » Sağlamlıq » Psixologiya » Şəxsi fərqlər (fərdi xüsusiyyətlər)

     
 
Sağlamlıq » Psixologiya: Şəxsi fərqlər (fərdi xüsusiyyətlər)
 
 
Müəllif: Zaur | 30 Oktyabr 2010 | 13061 dəfə oxunub
http://zeka.az/1088-ejxsi-fjrqljr-fjrdi-xgsusiyyjtljr.html

Şəxsi fərqlər (fərdi xüsusiyyətlər)

 İstər ailədəki uşaqlarla, istər sinifdəki şagirdlərlə münasibətdəki ən mühüm nöqtə onların müxtəlif sahələrə aid olan fərqli fərdi xüsusiyyətlərini diqqət mərkəzində saxlamaqdır. Şəxslərin müxtəlif sahələrdə – cismani, duyğu, qavrayış və ictimai rəftar və s. sahələrdəki inkişafları fərqli olur. Qəribədir ki, insanların cismən biri-birilərindən fərqi digər sahələrdəki fərqlərindən daha azdır. İnsanların yaddaş fərqliliyi ikinci mərhələdə, xarakter fərqliliyi üçüncü, nəhayət, şəxsi istedadların kəmiyyət və keyfiyyət fərqliliyi isə ən yüksək mərhələdə durur. Cismani sahədə fərdi xüsusiyyət ilə əlaqədar fərq – boy, çəki, sümüyün bərkiməsi və hərəkətlilik məharətinin fərqinə aiddir. Məsələn, körpə yeni doğulduqda çəkisi 2 kq-dan az, çox vaxt isə 3,5 kq (üç kiloqram yarım) olur. Körpənin boyu adətən, 42-55 santimetr arasında olur. Bütün bu fərqlər uşaqlıq və yeniyetməlik dövründə də davam edir. Boy və çəki fərqi uşaqda həm psixoloji və həm də ictimai təsir yaradır ki, bunu bütün həyat mərhələlərində və bütün millətlərin mədəniyyətlərində müşahidə etmək mümkündür. Misal olaraq, uşaqlar öz yaşıdları içərisində boy-buxun və bədən cəhətdən özlərinə oxşar olanları çox vaxt özlərinə dost seçirlər. Bədən quruluşunda uyğunsuzluq müşahidə olunan uşaqlar soyuqqanlı və qəzəbli şəxslər kimi nəzərə çarpırlar. Bəlkə də, başqalarının onlara göstərdikləri etinasızlıq bu sifətləri onlarda formalaşdırır. Qısaboyluluq insanda psixoloji problemlər yaratdığı kimi, həddən çox uzunboylu olmaq da bu təsiri  yaradır. Yaxınları və ətrafdakılar uzunboylu şəxslərdən çox şey umur, qısaboylu şəxslərə isə həqarət hissi bəsləyirlər. Fərqi yoxdur, hər iki halda da uşaqların və yeniyetmələrin ictimai münasibətlərində maneələr özünü büruzə verir. Həddən artıq arıqlıq və ya köklük də başqaları tərəfindən məsxərəyə qoyulmağa və əziyyət edilməyə, nəhayət şəxsin guşənişinliyə çəkilməsinə, kədərlənməsinə səbəb olur. Hərəkətlilik fəaliyyətinə gəldikdə isə bəzi ailələr uşaqlardakı hərəkətli fəaliyyətləri təşviqləndirir və buna ifrat şəkildə himayədarlıq edilmədikdə uşaqdakı hərəkət məharəti güclənir. Uşaqlara məşq etdirmək və ya onu lazım qədər hərəkət etməkdən məhrum qoymaq fərddə təsir yaradan güclü amillərdən biridir.

 Fərdi xüsusiyyətlər arasındakı fərq ən çox qavrayış inkişafı ilə əlaqədardır. Qavrayış şəxsin praktiki həyatında ən çox əhəmiyyətə malik olan batini bir qabiliyyətdir. Buna bəzən sağlam ağıl və ya praktiki ağıl da deyilir. Qavrayışdakı fərdi fərqlərin bir hissəsi ən çox irsiyyət amilinə aiddir, lakin mühitin də qavrayışın ölçüsündə təsiri çoxdur. Uşağa mehribanlıq göstərmək, onunla davamlı söhbət etmək, uşağa hey məhdudiyyətlər yaratmaqdan və onu yerli-yersiz tənbeh etməkdən çəkinmək, uzaqgörənliklə hazırlanmış gündəlik proqram (uşağın müəyyən saatda yatması, bəlli saatda yemək yeməsi və s.), uşağın başını qatacaq şəraiti yaratmaq – hamısı uşağın qavrayışını artırmaq üçün ailədaxili mühitlə bağlı məsələlərdir. Hətta eyni ailənin övladları belə, fərdi istedad və qavrayışlarına görə biri-birindən fərqlənirlər. Valideynlərin onlarla münasibəti bu fərqlərə uyğun olmalı və hər övladdan onun bacarığına uyğun tələblər etməlidir.

 Psixoloqlar uşaqları xasiyyət nöqteyi-nəzərindən üç dəstəyə ayırmışlar: Qayğısız, tərs və passiv uşaqlar. Qayğısız uşaqlar fərdlərin yüzdə 75%-ni təşkil edir, onlar şad, nizamlı yeyən, nizamlı yatan və mühitə daha tez uyğunlaşan uşaqlar olaraq nəzərə çarpırlar. Tərs xasiyyət uşaqlar isə yüzdə 10%-i təşkil edirlər. Onlar bədxasiyyət, nizamsız yatan, nizamsız yeyən, yeni vəziyyətlərdən qorxan və kəskin reaksiya verən şəxslər kimi nəzərə çarpırlar. Passiv uşaqlar isə yüzdə 15%-i təşkil edirlər. Onları fəaliyyətsiz, bədəxlaq və mənfi reaksiya verən şəxslər kimi qiymətləndirirlər.

Bunu nəzərdən qaçırmaq lazım deyil ki, valideynlər uşaqlarda, uşaqlar isə valideynlərdə əks təsir qoyurlar. Məsələn, bəzi uşaqlarda zahiri cazibədarlığın, hərəkət və söz məharətlərinin sürətli inkişafı, gülərüz olub daha çox təbəssüm etmələri valideynlərin müsbət əks-təsir göstərməsinə səbəb olur. Əksinə olduqda – yəni uşaq çox sükut etdikdə, utancaqlıq və pis xasiyyətlilik göstərdikdə valideynlərin mənfi əks-təsir göstərmələrinə səbəb olurlar. Haqqında danışdığımız bu fərdi xüsusiyyət fərqləri şəxslərin iman və dinə bağlılığına da təsir qoyur.

 Cinsi fərqlilik: İnsan varlığının ən mühüm sahələrindən biri onun cinsiyyət yönlü xüsusiyyətidir. Bu cinsi xüsusiyyətlər insanın rəftar və psixoloji hallarında, ümumiyyətlə, bütün həyatında digər xüsusiyyətlərindən daha çox təsir qoyur. Uşağın özünün oğlan, yaxud qız olduğunu dərk etməsi – onun qadın, yaxud kişi cinsinə xas rəftarları özünə ülgü götürməsinə səbəb olur.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!             





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (30 Oktyabr 2010 18:01)



Qrup: Qonaq
Tarix: --
Gözel ve maraglı megale ücün cox sagolun.Özelliklrde şekil cox yerinde olup.Begendim....
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.