Azərbaycan ərazisində yeni seysmik stansiyalar quraşdırılacaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan ərazisində yeni seysmik stansiyalar quraşdırılacaq
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan ərazisində yeni seysmik stansiyalar quraşdırılacaq

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan ərazisində yeni seysmik stansiyalar quraşdırılacaq
 
 
Müəllif: Carchi | 31 Oktyabr 2010 | 12184 dəfə oxunub
http://zeka.az/1091-azjrbaycan-jrazisindj-yeni-seysmik-stansiyalar-quraeddrdlacaq.html

Azərbaycan ərazisində yeni seysmik stansiyalar quraşdırılacaq

Xəzərdəki zəlzələlərdən qorxmaq lazım deyil

“Bu gün Xəzər dənizində baş verən zəlzələyə görə narahatlığa heç bir əsas yoxdur. Bunu dənizdə seysmoloji aktivliyin artması kimi qəbul etmək olmaz. Belə zəlzələlər hər gün baş verə bilər”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Baş direktor deyib ki, belə zəlzələlər zəif təkanlar yaradır və hiss olunmur.

Q. Yetirmişi həmçinin ilin sonuna kimi Azərbaycan ərazisində daha 9 seysmik stansiyalar quraşdırılacağını deyib: “Belə qurğular Astara, Qusar, Quba, Qobustan, Gədəbəy, Naxçıvan, Zərdab və digər ərazilərdə quraşdırılacaq. Bununla da seysmik stansiyaların sayı ölkədə 30-a çatacaq və bizə imkan yaranacaq ki, ölkə ərazisində baş verə biləcək bütün seysmik prosesləri izləyək. Demək olar ki, bu mənada ölkə ərazisi tam nəzarətə götürüləcək. Yeni qurğular Amerika istehsalıdır. İlin sonuna kimi iş tam başa çatdırılacaq”.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.