Spirtli içkilər narkotikdən daha təhlükəlidir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Spirtli içkilər narkotikdən daha təhlükəlidir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Spirtli içkilər narkotikdən daha təhlükəlidir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Spirtli içkilər narkotikdən daha təhlükəlidir
 
 
Müəllif: Carchi | 2 Noyabr 2010 | 12358 dəfə oxunub
http://zeka.az/1097-spirtli-igkiljr-narkotikdjn-daha-tjhlgkjlidir.html

İngilis alimləri spirtli içkilərin narkotikdən daha təhlükəli olduğunu müəyyən etmişlər

İngiltərədə aparılan araşdırma nəticəsində spirtli içkilərin bədənə narkotik vasitələrədən daha çox zərər verdiyi məlum olmuşdur.

Britanya Müstəqil Elmi Narkotik Komitəsində (ISCD) və Avropa Narkotik Asılılığı Müşahidə Mərkəzində (EMCDDA) işləyən elm adamları, yeni bir “narkotik zərər meyarları” təyin etmişlər. Elm adamları bu cür zərərli maddələri, 9 meyar baxımından istifadəçiyə, 7 meyar baxımından digərlərinə verdiyi zərəri nəzərə alaraq təhlükəlilik baxımından sıralamışlar. Bu cür maddələrin istifadəçiyə zərərləri arasında narkotiklə bağlı ölüm nisbətləri, sağlamlığa və ictimai əlaqələrə təsirləri kimi meyarları göstərən elm adamları, digərlərinə verdiyi zərərlərə görə isə cinayət, ailədaxili qarşıdurma, iqtisadiyyata zərər, ekoloji ziyan kimi meyarlar baxımından qiymətləndirmişlər.

Alimlər əldə etdikləri məlumatlarla zərərli maddələrin sağlamlığa olan təhlükəsini 100 bal sistemindən götürmüşlər və yuxarıdakı meyarlara görə ən zərərli maddənin 72 balla spirti içkilər olduğunu müəyyənləşdirmişlər. Sıralamada digər zərərli maddələr və onların təhlükə balları belədir: heroin (55 bal), sintetik narkotik növü olan “crack” (54 bal), kristal meth narkotiki (33 bal), kokain (27 bal), tütün məhsulları (26 bal).

Dünya Səhiyyə Təşkilatnın məlumatına görə, spirtli içkilərin səbəb olduğu xəstəlik və qəzalar hər il 2,5 milyon insan həyatına son qoyur. Bu, dünyadakı ölümlərin 3,8 faizinə bərabədir. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.