Namazın zahiri görünüşü və surətindən əlavə dərin mənası da var... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Namazın zahiri görünüşü və surətindən əlavə dərin mənası da var...
 
 » Din » Əxlaq » Namazın zahiri görünüşü və surətindən əlavə dərin mənası da var...

     
 
Din » Əxlaq: Namazın zahiri görünüşü və surətindən əlavə dərin mənası da var...
 
 
Müəllif: Amir | 3 Noyabr 2010 | 12781 dəfə oxunub
http://zeka.az/1100-namazdn-zahiri-ggrgngeg-vj-surjtindjn-jlavj-djrin-mjnasd-da-var.html

Namazın zahiri görünüşü və surətindən əlavə dərin mənası da var...

Namazın surəti və zahiri ilə kifayətlənmək, onun batini kamal və bərəkətlərindən məhrum qalmaq ən böyük xəsarət və ziyandır. Bir halda ki, namaza diqqət yetirmək əbədi səadətə, Rəbbinin qonşuluğuna  yüksəlməyə və ən yüksək məhbub olan Allah-Taalaya qovuşmaq məqamına nail olmağa gətirib çıxarır.

Axirət yolunun ibadət və batini vəzifələrində qəlb və batini keyfiyyətlərindən biri Rəbbinin izzət və əzəmətinə, bəndənin zəif  və aşağı mərtəbədə olmasına diqqət yetirməkdir. Mənəviyyat yolunun yolçusu üçün bu ən önəmli məqamdır. Əslində hər bir yolçunun bu yolda irəliləməsi də həmin diqqətlə ölçülür. Hətta insanın kamilliyi və naqisliyi bununla ölçülər. İnsan nə qədər Rəbbinin əzəmətinə və özünün Allah qarşısında zəlilliyinə, kiçikliyinə fikr verib diqqət yetirirsə bir o qədər də kamildir. Əks təqdirdə, insan naqis sayılır. Boş yerə öyünmə, özünü bəyənmə kimi xasiyyətlər insana qalib gəldikdə, insan kamalından uzaq düşər və Rəbbinə yaxınlaşmaqdan məhrum olar. Özünə pərəstiş pərdəsi batinin digər qaranlıq pərdələrindən daha qalın və sərtdir. Bu pərdəni yırtmaq üçün ilk əvvəl xüdpəsəndlik pərdəsini yırtıb özünü bu həbsxanadan xilas etmək lazımdır. İnsan özünü düşünür, özünün keçici gözəlliyinə, kamilliyinə fikr verirsə əsl bütöv olan kamal və camaldan xəbərsiz qalır və ondan uzaq düşür. Allaha doğru hərəkətə başlamanın ilk şərti və addımı həmin xudpəsəndlik hicabı və pərdəsindən çıxmaqdır. Haqla batilin ayırımı da həmin məqamdan başlanır. Yəni hərəkətini xudpəsəndlik və xudbinlik  pərdəsini yırtmadan, özünü  bu kimi maneələrdən qurtarmaqdan başlayan yolçu heç vaxt məqsədə çatmaz. Onun bu hərəkəti və yolu  Allaha doğru deyil, özünə doğru olan bir hərəkətdir və daha doğrusu, öz ətrafında fırlanmağa səbəb olan bir hərəkətdir. ”Nəfs bütü (insanın özü) ana bütdür”. Bəndəlik qaydası ilə seyr edən və alnına bəndəlik möhürü vuran kimsə Rəbbinin bəxş etdiyi əzizliyə çatar. Bəndəlik prosesində itirdiyini Rəbbinin inayəti ilə Rəbbinin yanında tapar. Elə bir mərhələyə çatar ki, Allah-Taala onun gözü, qulağı, əli və ayağı olar. Hər iki sünni və şiə alimləri tərəfindən təsdiqlənmiş məhşur hədisdə buna aydınca işarə olunmuşdur: ”Allah-Taala buyurmuşdur: Bəndə mənə nə qədər yaxın olsa mən onu dost tutaram. Mən dost tutduğum və məhəbbət bəslədiyim kimsənin eşidən qulağı, görən gözü, danışan dili və çalışan əl-ayağı olaram. Məni səslədikdə səs verərəm, məndən bir şey tələb etsə bağışlaram ona”. Əziz oxucu! Buradan delə nəticəyə gəlmək olur ki, belə olan halda insanın hər hərəkəti ilahiləşir, gözü ilahiləşdikcə haqqın gözü ilə baxır, qulağı ilahiləşdikcə haqqı eşidir. Yuxarıda qeyd etdilkərimizdən belə nəticəyə gəlmək olur ki, bütün ibadətlərdə, xüsusi ilə cümlə ibadətlərin başı olan və hətta kamil insan kimi böyük mənziləti olan namazda bu iki mövzuda, yəni Rəbbin izzəti və qulun Rəbbinin qarşısında zəlilliyi mövzusunda sirlər və  gizli nöktələr var. Buyurur: “Pakizədir o Allah ki, öz bəndəsini meraca yola saldı. Bu bəndəlik məqamı və Rəbbin cazibəsidir ki, o pak zati alini vüsal mənzilinə yüksəldə bildi”. Demək, insan şeytana aldanmamalıdır. İbadətlərin başı sayılan, xüsusi, bütöv ibadət olan namazda Allah yolunun yolçusuna lazım olan əməllərdən biri də, Allah dərgahında özünü kiçiltməkdən ibarətdir. Bu da Allahın vüqarını və böyüklüyünü dərk etməklə hasil olur. Hər gözəllikdə böyüklük, əzəmət və hər əzəmətdə gözəllik pünhan olub. Bu haqda ariflərin mövlası, möminlərin və ibadət əhlinin ağası Həzrət Əli (Ona salam olsun) buyurmuşdur: “Pakdır o varlıq ki, əzabı şiddətli olduğu halda dostlarına rəhməti daha genişdir, rəhməti geniş olduğu halda düşmənlərinə əzabı daha şiddətlidir”. Belə isə hər sevgidə qorxu və hər qorxuda sevgi var (Sevdiyindən qorxur və ya qorxduğundan sevir). Allah-Taala müqəddəs səmavi kitabı Qurani-Kərimin Muminun surəsinin 1-2-ci ayələrində buyurmuşdur: “Həqiqətən, namaz halında daha təvazökar olan möminlər səadətə uğramışlar”. Gördüyünüz kimi, Allah-Taala namaz üstündə təvazökar olmağı imanın əlaməti kimi qiyməyləndirir və aydınlaşdırır ki, namazda təvazökar olmayan kimsə iman əhlindən sayılmaz. Bu halı namazın başından sonunadək qorumalıdır. Buna riayət etmək, ilk əvvəllər  kimlərəsə bir az çətin olsa da, vərdiş edib buna dözməklə qəlb buna alışar. Əziz oxucu! Böyük hədis alimi Məclisi (Allahın rəhməti olsun onun üzərinə) buyurur: ”Gözünü və qulağını Allahın itaəti yolunda işlətməyən şəxs gözə (həqiqət gözünə) və qulağa malik olmaz . Bu dünyadakı göz və qulaq üzvlərini axirətə apara bilməz. Qəbir evinə və qiyamətə gözsüz və qulaqsız girər”. Bəli yaxşı nəticəsi və xeyirli bəhrəsi olan bir çox bağlı qapıların və sirlərin açarı olan namazın və başqa ibadətlərin təkmil olunmasından biri də, bundan ibarətdir ki, öz ibadətində ciddiyyətli olmalı, şadyanalıqla və həvəslə ibadəti yerinə yetirməlidir.Tənbəlliklə ibadət etmək olmaz. İnsan ibadət üçün elə bir vaxt ayırmalıdır ki, bu vaxt nəfsi ibadətə hazır olmalı, qəlbdə sevinclə ibadət etməlidir. Belə bir vaxtda süst və əzgin olmamalıdır. Çünki ruhun süst, əzgin olan vaxtında özünü ibadət etməyə məcbur etsə, ola bilsin ki, bu ibadətin nəticəsi dəyərli olmasın.Yəni onu ağır bir yük hesab edər və get-gedə onda ibadətə nifrət hissi oyanar. Belə bir hal insanı haqqın zikrindən məhrum etməklə yanaşı ruhunu bəndəlik məqamından da endirər, qəlbdə heç bir nuranilik yaratmaz, sadəcə olaraq zahiri bir ibadət hesab olunar. Haqqı zikr edib, haqla ünsiyyət yaratmaq mərifət əhlinin ən mühüm və ən böyük məqamlarından biridir. Həsən Əsgəri (Ona salam olsun) buyurur: “Qəlb həvəsli olarsa ona əmanətləri tapşırın, əks təqdirdə onu öz başına buraxın”. Gəlin mövzumuza hüzuri-qəlbimizin bəyanından baxaq. Deməli, ibadətin sirlərindən biri bu oldu ki, insanın zahiri və batini Allahın iradəsinə tabe olmalıdır; Allahın istəyi ilə hərəkət etməli, zahiri və batini qüvvələrin rəftarı kimi olmalıdır. Belə olan halda insan ilahiləşər və nəfsdə Allaha ibadət etməyə tam bağlılıq yaranar, qəlb Haqqa təslim olar. İnsanın iradəsinin Haqqa təslim olunmasının axirət dünyasında nəticəsi budur ki, Mütaal-Allah insanı ən yuxarı məqama ucaldar, Müqəddəs-Zatın iradəsi ilə hər bir şeyin mövcud olub həyata keçdiyi kimi, bəndəsinin də iradəsini bu məqama qaldırar. Əgər qəlb ibadət vaxtı qafil olsa, onun ibadəti oyun-oyuncağa bənzəyər. Bu ibadətin də nəfsdə heç bir təsiri olmaz .Çünki ibadət zahirdən batinə nüfuz edə bilmir. Elə buna görə də görürük ki, qırx-əlli illik ibadətimizin heç bir təsiri olmur. Əgər əməl olunsa Mütəal-Allah Qurani-Kərimin Ənkəbut surəsinin 45-ci ayəsində buyurduğu kimi olar: “Çünki namaz pis və çirkin işlərdən saxlar”. Bunun üçün də insanın qəlbində nur olmalıdır ki, onu hidayət etsin və günahdan çəkindirsin. Əziz oxucu! Gəlin aydın danışaq ki, biz özümüzü namaz qılanlardan hesab edirik və illərlədir ki, bu gözəl ibadətlə məşğuluq. Amma əfsuslar olsun ki, daxilimizdə elə bir nuru müşahidə edə bilmirik. Onda o dünyada əməllərimizin naməsini (nameyi-əmal) bizə verələr və deyələr: Öz hesabınızı çəkin! Necə ki, səmavi kitabımız Qurani-Kərim bizə İsra surəsinin 14-cü ayəsində belə buyurur: “Oxu kitabını! Bu gün özün özündən hesab çəkməyə kifayətsən”. İndi görək belə bir ibadət Allah dərgahında qəbul olacaq? Məgər Allahın böyük əmanəti, peyğəmbərlərin və övliyaların vəsiyyəti olan namazla bu cür rəftar etmək olarmı? Allahın düşməni şeytanın xəyanətinə bu qədər uymaq olarmı? Təqvalıları dərgaha yaxınlaşdıran, möminlərin meracı olan Namaz nəyə görə sizləri, bizləri Allah dərgahından uzaq salmalıdır? Heç düşündükmü bu haqqda? Nə qədər ki, gec deyil bir az dərindən düşünək, fikirləşək ki, o gün (axirət günü) həsrətdən,  peşmançılıqdan,  çarəsizlikdən, bədbəxtçilikdən, xəcalətdən, utanmaqdan başqa bizə bir şey nəsib olmayacaq. Allahın qarşısında nə cavab verəcəyimizi düşündükmü? O dünyanın həsrətinin və peşmançılığının bu dünyada misli və oxşarı yoxdur. Bu dünyanın həsrətinə yenə min bir ümid etmək olur. Bu dünyanın peşmançılıqları yenə keçib gedəndir. Axirət dünyamızda isə həsrət və peşmançılıq qalandır. Mütəal Allah buyurur:  “... və onları qafil olduqları və iman gətirmədikləri halda işin bitmiş olacağı gündən qorxut ” və ya Zümər surəsinin 56-cı ayəsində: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay olsun mənə!”. Bu sətirləri oxuyan əziz oxucu! Bu gün möhlət və əməl günüdür. Peyğəmbərlər gəldilər, kitab gətirdilər, dəvət etdilər, min cür əziyyətə qatlaşdılar ki, bizi qəflətdən oyadıb, nur aləminə doğru hidayət etsinlər. Bizi zülmətdən, bədbəxtçilikdən əbədi səadət həyatına yönəltsinlər. Bu işlərin hamısının xeyri bizlər üçün idi. Allahın bizim ibadətimizə ehtiyacı yoxdur. Bununla belə, onların sözləri, kitabları və dəvətləri bizə təsir etmədi. Şeytan bizim zahir və batinimizə elə hakim kəsilib ki, heç bir ayə və nəsihətlər zahiri qulağımızdan batinə ötürülmədi. Kimdir günahkar? Heç düşünmüşümü? Bu yazını oxuduğunda sən də bu yazılanlr haqqında yaxşı düşün. Həyatını boş, mənasız keçirərək nəfsani istəklərə giriftar olma! Ömründən bir nəticə hasil et. Peyğəmbərlərin halına diqqət yetir, şeytani yalan vədlərə inanma, şeytan hər bir batil işi haqq iş kimi sənə göstərib aldada bilər. Nə qədər gec deyil tövbə edib qayıt haqqın dərgahına. Sığın Rəbbinə! Bəzi vaxtlar haçansa  tövbə etmək ümüdü ilə insanı  ömrün sonuna qədər tövbə etməkdən saxlayan şeytana uyma! Ömrün sonunda isə bu qədər günah və zülmə tövbə etmək çox çətin ola bilər. Bu gün ki, hələ sənin iradənin gücü var, cavanlıq əldən getməyib, məsiyyət ağacı kötük bağlamayıb, şeytanın nəfsdə   səltənəti möhkəmlənməyib, insanın  nəfsi Allah fitrətinə daha da yaxındır, tövbə etmək asandır. Günah get-gedə qəlbi qaraldıb insanı uçuruma aparar. Qoyma şeytan səndən imanı oğurlasın. Lənətə gəlmiş şeytan öz məqsədinə çatmaq üçün insanı günaha sövq edər. İnsan əgər şəfaət olunmaq istəyirsə, çalışsın ki, şəfaət edənlərlə əlaqəsi yaxın olsun, onların getdiyi yolu getsin. Tutaq ki, siz imanla dünyadan getdiniz, amma günahlarınızın və zülmünüzün çəkisi ağır gəldi, belə olan halda ola bilsin Bərzəx aləminin müxtəlif əzablarına və qəbirdə sizə şəfaət olunmasın. Necə ki, İmam Sadiq (Ona salam olsun) buyurur: “Bərzəx aləmi sizin öz əlinizdədir”. Deməli, şeytanın qüruru insanı saleh əməldən çəkindirər, imansız edər, yaxud ağır yüklü günahlarla dünyadan aparıb bədbəxt edər. Bəzi vaxtlar insanı Mütəal-Allahın rəhmət vədəsi ilə aldadıb insanı rəhmət və mərhəmətdən məhrum edir. Bu qədər Peyğəmbərlərin gəlməsi, müqəddəs kitabların nazil olması, mələklərin və vəhylərin göndərilməsinin Haqqın mərhəmət və rəhmətindən irəli gəldiyindən qafil olarlar. Bütün aləmi Haqqın rəhməti əhatə edib. Biz isə Haqqı tapmaq istəmirik. Bizim məsələmiz “bulaq kənarında oturub susuzluqdan can verib ölənlərə” bənzəyir. Bir şeyi də nəzərindən qaçırma: Allahın ən böyük rəhməti Qurandır. Sənin əgər Allahın rəhmətinə ehtiyacın varsa, bu müqəddəs kitabdan istifadə et. Bu kitab səadət və uçrum yolunu açıq-aşkar göstərir. Bilirsənmi, Rəhmət və mərhəmətin nöqsanı nədir burada? Mümkün olsaydı gücnən insanları səadətə çatdırardılar. Amma axirət yolunu insan öz ixtiyarı ilə getməlidir, güclə getmək olmaz. İxtiyarsız saleh əməlin fəziləti olmaz və bu əməl saleh və xeyr hesab olunmaz. Bəli Allah dininin zahirində məcburiyyət var, həqiqətin də isə məcburiyyət yoxdur. Peyğəmbərlər dünyada ilahi ədaləti bərpa etmək üçün insanları buna məcbur edirdilər. Bununla da istədilər ki, insanlar haqq və ədalət yolunu tanıyıb səadətə çata bilsinlər. Peyğəmbər (Salam olsun Ona və pak Əhli Beytinə) buyurur: “Əgər istəyirsən birinci məqamın əhlindən olasan, onda ibadəti onlar kimi yerinə yetir, əks təqdirdə unutma ki, Rəbbin hüzurundasan”. Peyğəmbərlərdən və Əhli Beytdən (Salam olsun onlara) rəvayət olunan hədislər haqqında dərindən düşünüb fikirləşsən, görərsən ki, bütün yaxşı əməllərin qəbul olunması – namazın qəbul olunmasından başlayır. Əgər namaz qəbul olmasa, digər əməllər də qəbul olunmaz. Bir sözlə, dərindən düşünüb bu yolda çalışmalısan. Səadətin yolu – Behişt, bədbəxtçiliyin yolu – cəhənnəm olmasını nəzərə alaraq bilməlisən ki, hər ikisinin açarı sənin əlindədir. Mütəal-Allah zahiri və batini müvəffəqiyyətin, səadət və zəlalət yollarını sənə göstərib. Yol göstərənlər öz işlərini görüblər, indi bizim növbəmizdir ki, bu yolu gedək. Sən də qəflət yuxusundan oyan! Qalan və cavan ömründən istifadə et. Vaxt ötüb cavanlıq əldən gedəndən sonra peşmançılıq çəkərsən. Nə qədər ki, qafilsən qayıt. Qocalıqda islah olunmaq çox çətindir. Nə qədər ki, qocalmayıbsan, nə qədər ki, bu dünyada səadət yolunun qapısı üzünə açıqdır özünü islah etməyə çalış. Allah eləməsin bu qapı üzünə bağlansa və ixtiyarın əlindən alınsa sənə pərişançılıqdan və həsrətdən başqa bir şey qalmayacaq. Əziz oxucu! Gəlin özümüzü axirət səfərinə hazır edək, səadət xəzinəsinin açarı olan namazı yüngül saymayaq. Əlac yollarından biri budur ki, namaz qılsan namaz vasitəsi ilə Allaha yol taparsan. Mən burada Allahnan gözəl ünsiyyət simvolu olan namaz haqqında yazımı yekunlaşdırıram. Əminik ki, haqq yolunun ibadəti sayılan namaz haqqında bu yazdıqlarımız sizlərin qəlbində təsirli iz buraxacaq, Həzrət Peyğəmbərimizin (Salam olsun Ona və pak Əhli Beytinə) bizim üçün gətirdiyi və bütün nəfsani eyiblərimizin və dərdlərimizin dərmanı olan namazdan layiqincə faydalanacaqsız?!

İiahi! Bizim əlimizdən tut və dünyəvi asılılıqlardan asılı olan ürəyimizi bütün asılılıqlardan qurtar! Bizim günah və xatalarımızı Öz Mərhəmətinlə əhv et!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: hacer (4 Noyabr 2010 16:40)



Qrup: Qonaq
Tarix: --
Amin!!!!!!!!
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: müqəlid (11 Noyabr 2010 21:14)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
gözəl məqalədir
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.