"Alma" qəzeti üzr istədi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » "Alma" qəzeti üzr istədi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » "Alma" qəzeti üzr istədi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: "Alma" qəzeti üzr istədi
 
 
Müəllif: Carchi | 4 Noyabr 2010 | 12351 dəfə oxunub
http://zeka.az/1101-alma-qjzeti-gzr-istjdi.html

"Alma" qəzeti üzr istədi

"Alma" qəzeti Peyğəmbərimizə (s) qarşı təhqirə yol verən jurnalistin işdən qovulduğunu xəbər verdi

Xəbər verildiyi kimi, "Alma" adlı bir qəzetdə əziz Peyğəmbərimizə (s) yönəli təhqiramiz material yer almışdır. Bu bədnam olay bütün məmləkəti sarsıtmış, ölkə ictimai fikrinin demək olar ki, bütün yetkililəri bu rəzilliyi qəti surətdə pisləmişlər.

Bu arada "Alma" qəzetinin özündən də müdhiş olaya reaksiya gəldi. Qəzetin baş redaktoru, yazının və şəkilin getməsini səhlənkarlıqla izah etmiş, buna görə üzr istəmiş, jurnalistin işdən qovulduğunu elan etmişdir. Bundan əlavə, qəzetdə dini tematikada yazanlara ciddi xəbərdarlıq edildiyi də bildirilmişdir.

Mövzunun həssaslığını nəzərə alaraq, "Alma"nın baş redaktorunun üzrxahlıq elanını olduğu kimi oxuculara çatdırırıq:

"Qəzetimizin ötən sayında həzrəti Peyğəmbər (s.ə.s.) haqqında dərc edilmiş yazıda səhlənkarlıq üzündən getmiş namünasib ifadalərə, xüsusən də şəkilə görə «Alma»nın bütün oxucularından üzr istəyirik. Materialı hazırlayan jurnalist cəzalandırılaraq işdən azad edilib! Eyni zamanda, qəzetin yaradıcı kollektivinin dini mövzuda yazan üzvlərinə ciddi xəbərdarlıq edilib". Deyerler.org





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.