4 ildir yemək yeməyən uşaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 4 ildir yemək yeməyən uşaq
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 4 ildir yemək yeməyən uşaq

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 4 ildir yemək yeməyən uşaq
 
 
Müəllif: Carchi | 4 Noyabr 2010 | 12536 dəfə oxunub
http://zeka.az/1105-4-ildir-yemjk-yemjyjn-ueaq.html

4 ildir yemək yeməyən uşaq

4 yaşlı Deniel Harrison yemək və sudan elə qorxub ki, dörd ildən bəri heç nə yemir.

Anasının dediyinə görə, balaca Denielin yeməkdən iyrənməsi onun orqanizmində reflyuksdan, yəni turşu zəhərlənməsindən sonra başlanıb.

Milli.Az xəbər portalının məlumatına görə, autizmə də mübtəla olan Deniel yemək adı gələndə öyüyür və özünü çox pis hiss edir. Bu səbəbdən də uşaq vitamin, karbohidrat, zülallar və s. ilə zənginləşdirilərək orqanizm üçün qida funksiyasını yerinə yetirən sıyığı plastik borucuq vasitəsilə qəbul edir. Həmin borucuq Denielin qarnındakı dəlik vasitəsilə mədəsinə birləşdirilib.

Uşağın valideynləri Kevin və Kətrin dünyanın ən nadir xəstəliklərindən birinə tutulmuş Denieli həftədə 4 gün İngiltərənin Nottingem qraflığındakı Karlton şəhərində yerləşən «Great Ormond Street Hospital»a apararaq müalicə kursu keçirlər.

«Həkimlər deyirlər ki, oğlumuzun dərdinə çarəni yalnız Avstriyadakı bir klinikada tapa bilərlər. Orada müalicə üçünsə 45 min dollar gərəkdir. O pulları tapan kimi oğlumuzu Avstriyaya aparacağıq. Burada, Nottingemdə Deniel dəfələrlə müalicə kursları keçib, cərrahiyyə əməliyyatlarına məruz qalıb, amma çifayda – heç bir irəliləyiş yoxdur»,  - 41 yaşlı Kevin deyir.

Denielin anası, 37 yaşlı  Ketrin isə söyləyib ki, Avstriyanın Qras şəhərindəki klinikada onlara ümid veriblər: «Deyirlər ki, oğlumun müalicəsi mümkündür. Tanrıma yalvarıram ki, Deniel bu bəladan qurtulsun».





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Esmira (9 Yanvar 2011 23:59)



Qrup: İstifadəçi
Tarix: 11.08.2010
ne yaxshi hele yashayireee
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 10
Robot: 3
Qonaq: 7
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.