Əsirlikdə olan azərbaycanlı qaytarılıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Əsirlikdə olan azərbaycanlı qaytarılıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Əsirlikdə olan azərbaycanlı qaytarılıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Əsirlikdə olan azərbaycanlı qaytarılıb
 
 
Müəllif: Carchi | 5 Noyabr 2010 | 12173 dəfə oxunub
http://zeka.az/1108-zhsirlikdj-olan-azjrbaycanld-qaytardldb.html

Əsirlikdə olan azərbaycanlı qaytarılıb

Erməni əsirliyində olan azərbaycanlı Eldar Tağıyev qaytarılıb. Azərbaycanda intihar etmiş erməni kəşfiyyatçısı Sarıbekyan Manvel Mamikonoviçin meyiti isə Ermənistana təhvil verilib.

Azərbaycanın Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda belə deyilir.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Manvel Sarıbekyan bu il sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. O, oktyabrın 5-də gecə saat 3-də müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.

Bakıdan bildirirlər ki, hazırda Ermənistan əsgərlər Roman Hüseynov və Anar Hacıyevi, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun və Fərid Əhmədovun cəsədinin özündə saxlayır.

Ermənistan isə Bakıda altı hərbçisinin, beş nəfərlik bir ailənin əsir olduğunu və bir vətəndaşının da meyidinin olduğunu deyir.faktxeber





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 1
Qonaq: 12
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.