Şəhid əsgərlərimizin cənazələrinin qaytarılması ilə bağlı danışıqlar başlayıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid əsgərlərimizin cənazələrinin qaytarılması ilə bağlı danışıqlar başlayıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid əsgərlərimizin cənazələrinin qaytarılması ilə bağlı danışıqlar başlayıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şəhid əsgərlərimizin cənazələrinin qaytarılması ilə bağlı danışıqlar başlayıb
 
 
Müəllif: Carchi | 5 Noyabr 2010 | 12227 dəfə oxunub
http://zeka.az/1109-ejhid-jsgjrljrimizin-cjnazjljrinin-qaytardlmasd-ilj-badld-dandedqlar-baelaydb.html

Şəhid əsgərlərimizin cənazələrinin qaytarılması ilə bağlı danışıqlar başlayıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsi prosesinə bağlılığını təsdiqləyir.

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu komitənin Şərqi Avropa və Mərkəzi Asiyada operativ fəaliyyəti üzrə idarəsinin rəhbəri Paskal Mej Vaqner deyib. O, Azərbaycan və Ermənistan prezidentləri arasında hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsi ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb: “Biz neytral vasitəçi olan təşkilatımızın insanların öz vətəninə qayıdışı prosesinə bağlılığını təsdiqləyirik. Lakin qeyd etmək vacibdir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi azad edilən hərbi əsirləri yalnız o halda öz vətənlərinə qaytarır ki, onların vətənə öz iradələri ilə dönmək istədiklərinə əmin olsun”.

Manvel Sarıbekyanın meyitinin Ermənistan tərəfindən təhvil alınması prosesində iştirak edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Melani Vonrospax isə əsirlikdə olan, itkin düşən və həlak olmuş şəxslərin ailələri ilə daimi əlaqədə olduqlarını və onların acısını bölüşdüklərini bildirib.

Hazırda komitə digər əsirlərin və həlak olanların, o cümlədən ötən həftələrdə təmas xəttində şəhid olmuş 2 Azərbaycan hərbçisinin meyitlərinin ailələrinə qaytarılması ilə bağlı danışıqlarda iştirak edir. Qeyd edək ki, söhbət Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin qaytarılmasından gedir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.