Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcək
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcək

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcək
 
 
Müəllif: Admin | 7 Noyabr 2010 | 12524 dəfə oxunub
http://zeka.az/1117-mgbariz-dbrahimov-vj-fjrid-zhhmjdovla-vida-mjrasimi-kegiriljcjk.html

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Azərbaycanın şəhid hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcək

Təmas xəttində şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovla bu saatlarda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində vida mərasimi keçiriləcək.

APA-nın məlumatına görə, vida mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Şəhidlərin II Şəhidlər xiyabanında dəfn olunacaqları bildirilir.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrası çərçivəsində ötən gün M. İbrahimov və F. Əhmədovun meyitləri Azərbaycana qaytarılıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.