Rənglərin psixologiyası » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Rənglərin psixologiyası
 
 » Sağlamlıq » Psixologiya » Rənglərin psixologiyası

     
 
Sağlamlıq » Psixologiya: Rənglərin psixologiyası
 
 
Müəllif: Zaur | 18 Oktyabr 2009 | 14555 dəfə oxunub
http://zeka.az/112-r601ngl601rin-psixologiyas305.html
alt

Rənglər hər birimizin seçdiyi və xüsusi rəğbət bəslədiyi görüntü sistemidir. İnsan tarix boyu inkişaf etdikcə, rənglər sistemini də zənginləşdirib. Bu rəngləri məişətə gətirərək, müxtəlif yaşayış simvollarına çevirmişdir. Artıq müasir insanlar üçün müxtəlif rənglərdən müxtəlif məqsədlə istifadə etmək, adi məişət hadisəsinə çevrilib. Nəticədə, rənglər insanların psixikalarında özünəməxsus təsirlərə malikdir. Gəlin qısa şəkildə rənglərin psixologiyasına nəzər salaq.

RƏNGLƏRİN DİNİ-MƏİŞƏT FƏLSƏFƏSİ

Qeyd etdiyimiz kimi, rənglər insan həyatında, məişətdə müəyyən simvollara, etalonlara malikdir. Bu simvolların fəlsəfi və dini mahiyyəti də vardır. Rənglərin fəlsəfəsi yaşamaq səviyyələrini, onların məntiqi mənalarını açıqlamağa tətbiq edilir. Məsələn, ağ rəng ağ günü, qara rəng qara günü, qırmızı rəng yüksək əhvalı, toy-bayramı, sarı rəng ayrılığı əks etdirir. Rənglərə bu cür yanaşma ictimai münasibətlərdə və adət-ənənələrdə xüsusi diqqətlə nəzərə alınır. Məsələn, ailə qurmamış və yaxud cavan vəfat etmiş şəxslərin tabutları üstünə qırmızı rəngli parça sərilir, yaşlıların tabutları üstünə isə qara rəngli parça sərilir.

Dində də demək olar ki, rənglər xüsusi mahiyyət kəsb edir. Yaşıl rəng İslam dininin rəsmi rəngidir desək yanılmarıq. Ümumiyyətlə, yaşıl rəng insan psixikasına və fəaliyyətinə müsbət təsir edən rəng kimi də nəzəri cəlb edir və ya namazın ağ rəngli paltarla qılınması daha çox bəyənilir, nəinki qara rəngli paltarla.

RƏNGLƏRƏ CİDDİ YANAŞIN

Məlum oldu ki, rənglər insan psixikasına, əsəb sisteminə təsir etmək imkanlarına malikdirlər. Əgər belə olmasaydı, bizim hər birimizin öz xoşladığı rəngi olmazdı. Bu baxımdan, rənglərin xarakterlərə də müəyyən mənada təsiri var. Müxtəlif insanların rənglərə özünəməxsus münasibəti onların xarakterlərinin müxtəlifliyini bir daha təsdiqləyir. Bu da onu təsdiq edir ki, hər bir insanın öz psixologiyası oldugu kimi, hər bir rəngin də özünəməxsus “məntiqi” və “psixologiyası” var. Məsələn, qara rəng ağır mahiyyətli, rəsmi rəngdir, yaşıl rəng sakitləşdirici, mülayim rəngdir, qırmızı rəng əhvalı yüksəldən, əsəb sistemini coşduran  aktiv rəngdir və sairə.

Sizin də rənglərə xüsusi münasibətiniz olmalıdır. Aşağıda verilmiş psixotestdə rənglərə olan real münasibətinizi yoxlaya bilərsiniz.

PSİXOTEST

RƏNGLƏR VƏ SİZİN ŞƏXSİ HƏYATINIZ

Suallara səmimi və düzgün cavab verin. Yalnız, cavab xallarınızı topladıqdan sonra “nəticəni” oxuyun.

1. Pəncərə qabağında qoyulan gül dibçəklərini xoşlayırsınızmı?

a) Bəli-1

b) Xeyr-2

c) Deyə bilmərəm-3

2. Gəzmək üçün daha çox hara gedərdiniz?

a) Meşəyə-1

b) Parka-3

c) Dəniz kənarına-2

3. Bayramlara münasibətiniz necədir?

a) Əladır-3

b) Yaxşıdır-1

c) Baxır hansı bayrama-2

     

4. Sizin zolaqlı (kletkalı) parçadan tikilmiş paltarlara münasibətiniz necədir?

a) Çox yaxşı-2

b) Sadə paltarlara üstünlük verirəm-1

c) Buna çox az fikir verirəm-3

5. Tam qaranlıqda özünüzü necə hiss edirsiniz?

a) Ürəyim partlaya bilər-1

b) Nə qədər istəsəm qala bilərəm-3

c) Əhvalımdan asılı ola bilər-2

6. Ən çox xoşladığınız gül hansıdır?

a) Qızılgül-3

b) Zambaq-2

c) Bənövşə-1

NƏTİCƏ

15 xal və ondan yuxarı:

Rənglər sizin həyatınızda xüsusi mühüm əhəmiyyətə malikdir. Harada olursunuzsa-olun, rənglərə xüsusi münasibət bəsləməli olursunuz. Ona görə sizin geydiyiniz paltarlar adətən, eyni rəngə və yaxud eyni rənglər sisteminə aid olur. Açıq, qeyri-tünd rəngləri xoşlayırsınız. Bundan sonra da rənglərlə bağlı problemlər sizi narahat edə bilər. Çünki siz həssas və tez əsəbiləşə bilən insanlardansınız. Deməli, rənglər probleminə hər yerdə, həmişə ciddi yanaşmağa davam etməlisiniz.

10-14 xallar:

Sizin həyatınızda bu rənglər müəyyən mühüm əhəmiyyətə malikdir. Lakin sizin rənglərə münasibətiniz dəyişkəndir və əhvalınızdan asılı ola bilər. Bu baxımdan, qara və əsasən, tünd rənglərə münasibətiniz yaxşıdır. Paltarlarınızın rəngləri baxımından da müəyyən seçim xüsusiyyətlərinə maliksiniz. Bəzən sizi paltarlarınızın rəngi yox, daha çox onun keyfiyyəti, tikilişi və sizə necə yaraşmağı daha çox maraqlandırır. Rənglər sizə o qədər də pis təsir etmir, çünki siz təmkinli və səbirli adamsınız.

9 xal və ondan aşağı:

Sizin həyatınızda rənglər o qədər də mühüm əhəmiyyət kəsb etmirlər. Elə ona görə də, sizin psixologiyanızda, xarakterinizdə rənglərlə bağlı ciddi problemlər mövcud deyil. Deməli, nəyin isə rənginin pis və yaxşı olması sizin üçün əhəmiyyətsizdir. Paltarlarınızın rəngləri də müxtəlifdir. Bu gün ağ, sabah isə qırmızı geyinməyiniz sizi narahat etmir. Siz həddindən çox səbirli, təmkinli və müəyyən mənada qapalı adamsınız.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.