İnsan dərisindən qan əldə edilib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İnsan dərisindən qan əldə edilib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İnsan dərisindən qan əldə edilib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İnsan dərisindən qan əldə edilib
 
 
Müəllif: Carchi | 9 Noyabr 2010 | 12377 dəfə oxunub
http://zeka.az/1123-dnsan-djrisindjn-qan-jldj-edilib.html

İnsan dərisindən qan əldə edilib

Bu qan genetik mutasiyaya uğramır

İnsan dərisindən qan əldə edilib.

Kanadalı alimlər tibb dünyasında böyük bir uğura imza atıb. Alimlər insan dərisindən sağlam qan hüceyrələri əldə ediblər. Bu yenilikdən qan xərçəngi başda olmaqla bir çox xəstəliklərin müalicəsində istifadə olunacaq.

Kanadanın Hamilton şəhərindəki MakMastır Universitetinin alimləri qan xərçəngindən əziyyət çəkən bir xəstəsinin üzündə genetik mutasiyaya uğramayan sağlam qan hüceyrələri aşkar ediblər.

Universitet nəzdnindəki Kök Hüceyrə və Xərçəng Araşdırmaları İnstitutunun Direktoru Mayk Bhatia nəticənin təkmilləşdiriləcəyini deyib.

Qan xərçəngi olan bir xəstədən aldıqları dərini bir ay ərzində zülal və qan quruluşlu hüceyrələrdən təmizlədiklərini bildirən alimlər nəhayət qan əldə ediblər. Mənbəyi özü olduğu üçün xəstə bədəni qanı rədd etməyib.

Elm adamları, təxminən iki ildir müxtəlif yaşlardakı şəxslərin dəriləri üzərində apardıqları təcrübələrdən sonra bu nəticəyə gəliblər. Xəstənin öz dərisindən qan əmələ gətirə bilməsi sayəsində, anemiya, qan xərçənginin və bəzi xərçənglərin müalicəsi asanlaşacaq. Kliniki sınaqlar, 2012-ci ildə başlayacaq.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.