Həccin sirləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Həccin sirləri
 
 » Din » Əhkam » Həccin sirləri

     
 
Din » Əhkam: Həccin sirləri
 
 
Müəllif: Zehra | 9 Noyabr 2010 | 12704 dəfə oxunub
http://zeka.az/1125-hjccin-sirljri.html

Həccin sirləri

Artıq Zilhəccə ayı girmiş və hacıların həcc ziyarəti mövsümü başlamışdır və biz də bu aya aid maraqlı bir mövzunu diqqətinizə çatdırırıq:

Şibili adlı bir şəxs hicri-qəməri tarixi ilə I əsrin abid və zahidlərindən, həm də İmam Zeynəl Abidinin (Ona salam olsun) səhabalərindən biri idi. O, həccə gedib qayıtdıqdan sonra İmam Zeynəl Abidinlə (Ona salam olsun) görüşür. Onların arasında belə bir sual-cavab (dialoq) baş verir:

İmam Zeynəl Abidin (Ona salam olsun): – Ey Şibili, həcc qıldınmı?

Şibili: – Bəli.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Miqata çatanda minikdən düşüb niyyət etdinmi ki, günah libaslarını çıxarıb Allaha itaət libası geyinirsən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Libaslarını çıxaranda niyyət etdinmi ki, riya və nifaqdan özünü təcrid edirsən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Qüsl edərkən niyyət etdinmi ki, xəta və günahlardan özünü yuyub pak edirsən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Ehram bağlayanda niyyət etdinmi ki, Allah-Taalanın sənə haram buyurduğu şeylərin hamısını öz nəfsinə haram edirsən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Həccə başlayanda niyyət etdinmi ki, Allahdan başqa heç kəs sənin nəzərində yoxdur və yalnız Allah xatirinə həcc edirsən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Onda sən nə təmizlənmisən, nə ehram bağlamısan, nə də həcc niyyəti etmisən.

İmam Zeynəl Abidin (Ona salam olsun) sonra belə buyurur : – Miqata daxil olanda “ləbbeyk” dedinmi?

Şibili: – Bəli.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Miqata daxil olanda niyyət etdinmi ki, sən buraya məhz ziyarət niyyəti ilə gəlmisən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – “Ləbbeyk” deyəndə niyyət etdinmi ki, sən Allah-Taala ilə danışırsan? Ona itaət edirsən və Ona qarşı günah etməkdən özünü qoruyub, çəkinəcəksən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Onda sən nə Miqata daxil olmusan, nə namaz qılmısan, nə də “ləbbeyk” demisən.

Sonra İmam (Ona salam olsun) buyurdu: – Hərəmə daxil oldunmu? Kəbəni görüb namaz qıldınmı?

Şibili: – Bəli.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Hərəmə daxil olanda niyyət etdinmi ki, bütün İslam ümmətinin qeybətini özünə haram edirsən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Məkkəyə daxil olub Kəbəni görəndə onun Allah evi olduğunu bilib yalnız Allah-Taalanı nəzərdə tutdunmu? Və Allahdan qeyri şeylərlə əlaqəni kəsdinmi?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Onda sən nə Məkkəyə daxil olmusan, nə də Hərəmə.

Sonra İmam (Ona salam olsun) soruşdu: – Kəbəni təvaf edib, onun rüknlərrinə əl sürtdünmü? Sonra səy etdinmi?

Şibili: – Bəli.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Səy edəndə niyyət etdinmi ki, Allah-Taalaya tərəf qaçırsan?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Öz qəlbində tutdunmu ki, Allah-Taala sənin niyyətinin doğruluğunu bilir.

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Onda sən nə təvaf, nə də səy eləmisən.

Sonra İmam (Ona salam olsun) soruşdu: – Məqami İbrahimdə dayanıb orada iki rəkət namaz qıldınmı?

Şibili: – Bəli.

Bu zaman İmam (Ona salam olsun) ucadan bir ah çəkdi, elə bil ki, ruhu bədənindən çıxıb bu dünyanı tərk edirdi. Sonra buyurdu: – Ah!... Allah-Taala ilə sanki əl sıxışıb görüşmək dərəcədə Ona yaxınlaşmış olan şəxsin bu mehribanlıq müqabilində Allahın ehtiramını pozub, Onun əksinə getməsi insafdandırmı?!

Sonra soruşdu: – Məqami İbrahimdə dayananda niyyət etdinmi ki, sən bütün ibadətləri yerinə yetirəcəksən və bütün günahlardan qaçacaqsan?

Şibili: – Xeyr.

İmam (Ona salam olsun) : – Məqami İbrahimdə namaz qılanda niyyət etdinmi ki, İbrahimin namazını qılırsan və öz səsinlə şeytanın burnunu ovursan?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Onda sən nə məqami İbrahimdə dayanmısan, nə də orada namaz qılmısan.

Sonra soruşdu: – Zəmzəm suyundan içdinmi?

Şibili: – Bəli.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Zəmzəm suyundan içəndə niyyət etdinmi ki, sən Allaha itaət etməyə və günahlara göz yummağa görə bura gəlmisən?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Onda sən nə zəmzəm suyu görmüsən, nə də onun suyundan içmisən.

Sonra soruşdu: – Səfa və Mərvə arasında səy etdinmi?

Şibili: – Bəli.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Niyyət etdinmi ki, sən özünü xofv (qorxu) ilə rəca (ümid) arasında hiss edirsən?

Şibili: – Xeyr.

İmam (Ona salam olsun) : – Onda sən Səfa ilə Mərvə arasında səy etməmisən.

Sonra soruşdu: – Məkkədən çıxıb Minaya getdinmi?

Şibili: – Bəli.

İmam (Ona salam olsun) : – Bu halda niyyət etdinmi ki, xalq sənin dilindən, qəlbindən, əlindən asudə və əmin-amanlıqda qalacaq?

Şibili: – Xeyr.

İmam (Ona salam olsun) : – Onda sən heç Minaya tərəf çıxmamısan.

Sonra soruşdu: – Ərəfə günü Ərəfatda qaldınmı və niyyət etdinmi ki, Cəbəli Rəhmətə (Rəhmət dağına) qalxırsan, o dağda Allah-Taalanı çağırırsan, cəmərəyə (Şeytan sütununa) daş atırsan?

Şibili: – Bəli.

İmam (Ona salam olsun) : – Orada xatırladınmı ki, Allah-Taala sənin orada olmağından və qəlbindəki sirlərindən xəbərdardır?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Cəbəli Rəhmətə (Rəhmət dağına) qalxanda bu niyyətdə oldunmu ki, Allah-Taala bütün mömin kişilərə və mömin qadınlara rəhm edəndir?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Onda sən heç Ərafatda qalmamısan və Cəbəli Rəhmətə də qalxmamısan.

Sonra buyurdu: – Müzdəlifəyə getdinmi, orada xırda daşlar yığdınmı və Məşərul-Hərama keçdinmi?

Şibili: – Bəli.

Sonra İmam (Ona salam olsun) soruşdu: – Minada namaz qıldınmı, cəmərəyə daş atdınmı, başını qırxdırdınmı, qurban kəsdinmi, Xiyf məscidində namaz qıldınmı, sonra Məkkəyə qayıdıb təvaf etdinmi?

Şibili: – Bəli.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Saçını qırxanda niyyət etdinmi ki, sən bununla bütün murdarlıqdan özünü pak edib günahlardan çıxırsan və yenicə doğulmuş körpə kimi günahsız olursan?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Xiyf məscidində namaz qılanda niyyət etdinmi ki, sən yalnız Allahdan qorxursan və yalnız Onun rəhmətinə ümid bəsləyirsən?

Şibili: – Xeyr.

İmam (Ona salam olsun) : – Bəs qurban kəsəndə niyyət etdinmi ki, sən dünyadan tamahını kəsirsən və İbrahim öz oğlunu kəsdiyi kimi sən də ona iqtida edirsən?

Şibili: – Xeyr.

İmam (Ona salam olsun) : – Bəs Məkkəyə qayıdıb təvaf etdikdə niyyət etdinmi ki, Allahın mərhəmətinə nail olursan, Allahın itaətinə qayıdıb Allah-Taalaya yaxın olursan?

Şibili: – Xeyr.

İmam Zeynəl Abidin (Ona salam olsun): – Onda sən heç Minaya getməmisən, cəmərəyə daş atmamısan, baş qırxmamısan, qurban kəsməmisən, Xiyf məscidində namaz qılmamısan, təvaf etməmisən, Allaha yaxın da olmamısan. Elə bil ki, heç həcc etməmisən?!

Bu zaman Şibili fəryad etməyə başladı ki, həcc zamanı nə qədər şeyləri itirib. O, həcc əməllərini yaxşı-yaxşı öyrənməyə başladı ki, mərifət və yəqin dairəsində yenidən həccə getsin.

( “Misbahul-şəriəh” (“Şəriət çırağı”) kitabından)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (10 Noyabr 2010 18:28)



Qrup: Qonaq
Tarix: --
Allah inşlh bizlerede Hecci nesip eder ....
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.